Kontentə keç

6 NOYABR 2017
BİRLƏŞMİŞ ŞTATLAR

Kaliforniyada meşə yanğınları haqda son məlumatlar

Kaliforniyada meşə yanğınları haqda son məlumatlar

Kaliforniyadakı meşə yanğınları qismən nəzarət altına alınıb və Birləşmiş Ştatlardakı filial komitəsi həmin ərazidəki bacı-qardaşlarla bağlı son məlumatları təqdim edir.

Məlumata əsasən, bacı-qardaşlarımız arasında həyatını itirən olmayıb, lakin səkkiz nəfər xəsarət alıb və 1400-dən çox insan təxliyyə edilib. Bundan əlavə, ümumilikdə 29 dindaşımızın evi tamamilə yararsız hala düşüb. Qonşu rayonlardakı və yığıncaqlardakı dindaşlarımız bütün bu bacı-qardaşlarımızın qeydinə qalmış və təxliyyə olunanların əksəriyyəti artıq öz evlərinə qayıtmışdır.

Filial nümayəndələri yanğınların davam etdiyi müddətdə rayon nəzarətçiləri, Təbii fəlakətdən zərərçəkənlərə yardım komitəsi və yerli könüllülərlə görüşdülər. Onlar evlərini itirən ailələrə baş çəkib, onlara təsəlli verdilər. Bundan başqa, evlərindən didərgin düşmüş çoxlu sayda bacı-qardaşımıza Müqəddəs Kitab vasitəsilə təsəlli vermək və dəstək olmaq üçün yanğından daha çox zərər görən iki rayonda xüsusi görüşlər təşkil olundu.

Əminik ki, Yehova bundan sonra da belə çətinliklərlə üzləşən bacı-qardaşlarımıza təsəlli verəcək və dəstək olacaq (2 Korinflilərə 1:3, 4).

Əlaqə üçün:

Beynəlxalq məlumat xidməti: Deyvid Semonian, İctimai əlaqələr şöbəsi, tel.: +18455243000