Kontentə keç

13 OKTYABR 2017
BİRLƏŞMİŞ ŞTATLAR

İLKİN MƏLUMATLAR | Kaliforniyada meşə yanğınları

İLKİN MƏLUMATLAR | Kaliforniyada meşə yanğınları

ABŞ filial komitəsi Şimali Kaliforniyada ard-arda baş verən meşə yanğınlarından, eləcə də Cənubi Kaliforniyada sürətlə yayılan yanğından zərər çəkən dindaşlarımız barədə məlumat verdi.

Şimali Kaliforniya. ABŞ filial komitəsi Mendosino, Napa, Sonoma vilayətlərində və ətraf ərazilərdə xidmət edən rayon nəzarətçiləri ilə əlaqə saxlayaraq, həmin ərazilərdəki dindaşlarımızın sağ-salamat olduğunu, lakin bir təbliğçinin yaralandığını öyrəndi. Təxminən 700-ə yaxın bacı-qardaşımız təxliyyə olunub, 2000-dən çoxu isə ehtiyac yarandığı təqdirdə ərazini tərk etməyə hazırdır. Bütün təxliyyə olunanlar təhlükəsiz ərazidə yaşayan dindaşlarının evlərində məskunlaşıb. Son məlumata əsasən, bir ibadət evi və üç dindaşımızın evi tamamilə yanıb. Bundan əlavə, bacı-qardaşlara məxsus 32 evə cüzi, 22 evə isə ciddi ziyan dəyib. Rayon nəzarətçiləri bacı-qardaşlara dayaq olmaq və ruhlandırmaq üçün lazımi tədbirlər görür.

Cənubi Kaliforniya. Anaheym şəhərində Yehovanın Şahidi olan 25 ailə heç bir zərər çəkməyib və təxliyyə olunaraq dindaşlarının evlərinə yerləşdirilib. Həmin ərazidəki bacı-qardaşlarımızın evlərinin və ibadət evinin vəziyyəti barədə heç bir məlumat verilməyib.

Yehovanın bu çətinliklərlə üzləşən bacı-qardaşlarımız üçün «pənah yeri» olacağına əminik (Zəbur 9:9, 10).

Əlaqə üçün:

Beynəlxalq məlumat xidməti: Deyvid Semonian, İctimai əlaqələr şöbəsi, tel.: +1 845 524 3000