Kontentə keç

BİRLƏŞMİŞ ŞTATLAR

Mühüm hadisələr. Birləşmiş Ştatlar

Mühüm hadisələr. Birləşmiş Ştatlar
  1. 17 İYUN 2002: ABŞ-ın Ali Məhkəməsi 1940-cı illərdə çıxardığı qərarlarını təsdiq edir. Həmin qərarlarla Məhkəmə Yehovanın Şahidlərinin ictimai şahidlik vermək hüququnun Konstitusiya ilə qorunduğunu tanımışdı («Watchtower Bible and Tract Society of New York, Inc. v. Village of Stratton» işi)

  2. AVQUST 1998: ABŞ-da Yehovanın Şahidlərinin sayı bir milyonu keçir

  3. 15 APREL 1992: «Pater Paterə qarşı» işi üzrə qərarında Ohayo Ali Məhkəməsi əvvəlki ali məhkəmə qərarları ilə razılaşaraq qət edir ki, aşağı instansiya məhkəməsi dini əqidəsinə görə valideynin qəyyumluq hüququna məhdudiyyət qoymaqla qanunazidd hərəkət edib

  4. 30 OKTYABR 1985: Missisipi Ali Məhkəməsi qət edir ki, qansız müalicə hüququ şəxsi həyata toxunulmazlıq və din azadlığı hüquqları ilə qorunur («Brown» işi)

  5. 31 AVQUST 1972: Kolumbiya Mahalının Apelyasiya Məhkəməsi qət edir ki, hökumət yetkinlik yaşında olan vətəndaşın qanköçürmədən imtina etməyə dair mövqeyini nəzərə almalıdır («Osborne» işi)

  6. 30 NOYABR 1953: ABŞ-ın Ali Məhkəməsi qət edir ki, tamvaxtlı xidmətçi olan Yehovanın Şahidinin özünü dolandırmaq üçün işləməsi o demək deyil ki, o, hərbi xidmətdən azad edilə bilməz («Dickinson v. United States» işi)

  7. 1944: Yehovanın Şahidlərinə qarşı təqiblər səngiyir

  8. 14 İYUN 1943: ABŞ-ın Ali Məhkəməsi «Qobaytis» işi üzrə qərarı ləğv edir və qət edir ki, bayrağa təzim və sədaqət andı tələbi Yehovanın Şahidi olan tələbələrin Konstitusiya ilə zəmanət verilən söz və din azadlığı hüquqlarını pozur («West Virginia State Board of Education v. Barnette» işi)

  9. 3 MAY 1943: ABŞ-ın Ali Məhkəməsi dini ədəbiyyatın paylanılması üçün Yehovanın Şahidlərindən lisenziya almağı tələb etməyin qanunazidd olduğunu qət edir («Murdock v. Pennsylvania» işi)

  10. 3 İYUN 1940: ABŞ-ın Ali Məhkəməsi şagirdlərin bayrağa təzim etməsinin icbari olduğunu təsdiq edir («Minersville School District v. Gobitis» işi). Yehovanın Şahidlərinə qarşı təqiblər başlayır

  11. 20 MAY 1940: İlk dəfə olaraq ABŞ-ın Ali Məhkəməsi qət edir ki, dini etiqad azadlığına zəmanət verən Birinci Düzəlişə həm ştat, həm də bələdiyyə hökumət nümayəndələri əməl etməlidir. Bundan əlavə, məhkəmə qərara alır ki, Yehovanın Şahidlərinin təbliği ictimai asayişi pozmur («Cantwell v. Connecticut» işi)

  12. 28 MART 1938: ABŞ-ın Ali Məhkəməsi dini ədəbiyyatın paylanılması üçün Yehovanın Şahidlərindən lisenziya tələb edilməsinin qanunsuz olduğunu qət edir («Lovell v. City of Griffin»)

  13. 26 İYUL 1931: Müqəddəs Kitab Tədqiqatçıları Yehovanın Şahidləri adını götürür

  14. 14 MAY 1919: «Gözətçi Qülləsi, Müqəddəs Kitab və Traktatlar [Cəmiyyətinin] (Pensilvaniya)» rəhbərlərinə qarşı çıxarılmış qərar ləğv olunur, ittihamlar götürülür

  15. 20 İYUN 1918: «Gözətçi Qülləsi, Müqəddəs Kitab və Traktatlar [Cəmiyyətinin] (Pensilvaniya)» rəhbərləri guya hökumətin hərbi siyasətinə qarşı çıxan nəşrlərin dərc olunmasına görə ittiham olunur və həbsə məhkum edilir

  16. 4 MART 1909: Sonradan «Gözətçi Qülləsi, Müqəddəs Kitab və Traktatlar Cəmiyyəti (Nyu-York)» adlanan «Peoples Pulpit Association» cəmiyyəti təsis edilir

  17. 31 YANVAR 1909: Müqəddəs Kitab Tədqiqatçıları baş idarəni Bruklinə (Nyu-York) köçürür

  18. 15 DEKABR 1884: Sonradan «Gözətçi Qülləsi, Müqəddəs Kitab və Traktatlar Cəmiyyəti (Pensilvaniya)» adı ilə tanınan hüquqi şəxs təsis edilir

  19. 1880-ci illər: Müqəddəs Kitab Tədqiqatçıları Allehanda (Pensilvaniya) baş idarəni yaradır

  20. İYUL 1879: Hal-hazırda «Gözətçi qülləsi» adı ilə tanınan jurnalın ilk sayı işıq üzü görür

  21. 1870: Çarlz Teyz Rassel və onunla həmfikir olanlar Allehanda (Pensilvaniya) Müqəddəs Kitabı araşdırmaq üçün qrup yaradırlar. Onlar Müqəddəs Kitab Tədqiqatçıları kimi tanınırlar