Kontentə keç

31 MAY 2013-CÜ İL
BİRLƏŞMİŞ ŞTATLAR

Yehovanın Şahidləri tədris mərkəzlərini təmir etdilər

Yehovanın Şahidləri tədris mərkəzlərini təmir etdilər

NYU-YORK. 13 aprel 2013-cü il tarixində Yehovanın Şahidləri altı ay davam edən təmir işlərindən sonra tarixi «Stenli» teatr binasının (Cersi-Siti, Nyu–Cersi ştatı) qapılarını hamının üzünə açdılar. 30 ilə yaxındır ki, bu bina böyük Müqəddəs Kitab seminarlarının keçirildiyi Konqres zalı kimi istifadə edilir. Müqəddəs Kitab üzrə pulsuz maarifləndirmə tədbirləri üçün nəzərdə tutulan bu mərkəz təmirdən sonra daha gözəl və rahat oldu.

Hər il ibadət məqsədilə burada təşkil olunan tədbirlərdə 250000-dən çox insan iştirak edir. Teatr binası yeni, daha rahat oturacaqlarla təmin olunub. Baş, eləcə də qonşu zallar, əsas etibarilə, Amerika jest dilində videomateriallarının nümayişi üçün nəzərdə tutulan müasir texniki avadanlıqla təchiz edilib.

Layihədə iştirak edənlərin böyük qismi Yehovanın Şahidi olan könüllülər idi. Qeyri-adi tarixi olan binanın təmirində çalışan bu könüllülər ABŞ-ın müxtəlif yerlərindən gəlmişdilər.

«Stenli» teatrı 1920-ci illərin sonunda inşa edilmişdi. Bu bina ABŞ-da tikilən ən böyük kinoteatrlardan biri olub. 1978-ci ildə onu bağlamalı oldular, amma 1983-cü ildə Yehovanın Şahidləri artıq bərbad halda olan bu tarixi binanı alıb bərpa etmişdilər. 1985-ci ildə teatrın qapıları yenidən açıldı. O vaxtdan bəri Yehovanın Şahidləri onu Müqəddəs Kitab təlim mərkəzi kimi istifadə edirlər.

Sonuncu təmir işləri barədə Yehovanın Şahidlərinin nümayəndəsi C. Braun demişdi: «“Stenli” teatr binası, əsasən, ibadət evi kimi istifadə olunur. Burada 15-dən çox dildə Müqəddəs Kitab təlimi almaq olar. Yehovanın Şahidləri həm də Nyu–Cersi ştatının dəyərli mədəni irsi olan bu tarixi abidəni sevə-sevə qoruyurlar».

Əlaqə üçün:

Beynəlxalq: məlumat xidməti, C. R. Braun, tel.: +17185605000