Kontentə keç

1 YANVAR 2013–CÜ İL
BİRLƏŞMİŞ ŞTATLAR

Yehovanın Şahidləri tarixi Bossert otelini satdılar

Yehovanın Şahidləri tarixi Bossert otelini satdılar

YEHOVANIN ŞAHİDLƏRİ Bruklin Heyts küçəsinin (Bruklin, Nyu-York) yaxınlığındakı Monteqyu küçəsi 98-də yerləşən tarixi Bossert otelini «Klipper Ekveti və Çetrit Qrup» («Clipper Equity and the Chetrit Group») firmasının rəhbəri Devid Bistrayserə satdılar. Bossert 1909-cu ildə inşa edilmişdi və elə həmin ildə Yehovanın Şahidlərinin mərkəzi idarəsi Bruklin Heyts küçəsinə köçürüldü.

Yehovanın Şahidləri bu binanı 1983-cü ildə istifadə etməyə başladılar və 1988-ci ildə onu aldılar. Mədəniyyət və tarixi abidələrin qorunması standartlarına uyğun olaraq, binanı alar-almaz onun əsaslı təmirinə başladılar. Bina təmirdən sonra uzun illər əvvəl olduğu görkəmə qayıtdı, əvvəlki kimi qəşəng və gözoxşayan oldu və gördükləri işə görə Yehovanın Şahidlərini mükafatlandırmışdılar.

Bu yaxınlarda Yehovanın Şahidləri Bruklindəki bir neçə işi bir yerə cəmlədilər. Bet-El ailəsinin sayının azalması nəticəsində Bruklində yerləşən binaların əksəriyyəti boş qaldı. Buna görə də həmin binaları satmaq qərarına gəldilər.

Yehovanın Şahidlərinin rəsmi nümayəndəsi Devid Simonian qeyd edir: «Son 25 il ərzində biz Bossertin qayğısına qalmaqdan məmnunluq duyurduq. Bu, çox gözəl binadır və onun tariximizdə oynadığı rola yüksək dəyər veririk».

Əlaqə üçün:

Məlumat xidməti, Devid Simonian, tel.: +1 718 560 5000