Kontentə keç

BOLQARISTAN

Mühüm hadisələr. Bolqarıstan

Mühüm hadisələr. Bolqarıstan
  1. 19 MAY 2004—AİHM «Lotter və Lotter Bolqarıstana qarşı» işi üzrə barışıq sazişini qəbul edir. Hökumət Yehovanın Şahidlərinin maneəsiz ibadət etmək və etiqadlarını ifadə etmək hüquqlarını tanıyır

  2. 16 APREL 2003—Hökumət Məsihin ölümünü anma mərasimi keçirilən günün Yehovanın Şahidləri üçün xüsusi gün olduğunu tanıyır və həmin günü onlar üçün qeyri-iş günü elan edir

  3. 6 MART 2003—«Dini qurumlar haqqında» yeni Qanuna əsasən Yehovanın Şahidləri təkrar qeydiyyatdan keçir

  4. 3 MAY 2001— AİHM «Stefanov Bolqarıstana qarşı» işi üzrə barışıq sazişini qəbul edir. Hökumət əqidəsinə görə hərbi xidmətdən imtina edən və alternativ mülki xidmət keçməyə hazır olanlar barədə amnistiya elan edərək onları azadlığa buraxır

  5. 7 OKTYABR 1998—Yehovanın Şahidləri Bolqarıstanda dövlət qeydiyyatından keçir

  6. 9 MART 1998—Avropa İnsan Hüquqları Komissiyasının (hal-hazırda Avropa İnsan Hüquqları Məhkəməsi ilə əvəz olunub) qəbul etdiyi barışıq sazişi əsasında Bolqarıstan hökuməti Yehovanın Şahidlərini rəsmi qeydiyyata almağa razılaşır

  7. 1994—Bolqarıstan hökuməti qəbul etdiyi din haqqında qanundan sonra Yehovanın Şahidlərinin qeydiyyatını ləğv edir

  8. 7 MAY 1992—Bolqarıstan Avropa Şurasının 26-cı üzvü olur

  9. 17 İYUL 1991—Hökumət Yehovanın Şahidlərini hüquqi şəxs kimi (Yehovanın Şahidlərinin Məsihi Cəmiyyəti) qeydiyyata alır

  10. 1944-1990—Kommunistlərin hakimiyyəti dövründə Yehovanın Şahidlərinin fəaliyyəti qadağa altındadır

  11. 6 MAY 1938—Yehovanın Şahidləri dövlət qeydiyyatından keçir

  12. 1888—Bolqarıstanda Yehovanın Şahidlərinin olduğu barədə ilk məlumatlar