Kontentə keç

BOLQARISTAN

Bolqarıstan haqda ümumi məlumat

Bolqarıstan haqda ümumi məlumat

Yehovanın Şahidləri Bolqarıstanda 1888-ci ildən bəri fəaliyyət göstərirlər. Onlar 1938-ci ildə milli hüquqi şəxs kimi qeydiyyatdan keçsələr də, 1944-cü ildə ölkənin kommunizm rejiminə keçməsi ilə bu qeydiyyat qüvvədən düşdü. 1991-ci ilə qədər Yehovanın Şahidləri sərt təqiblərə məruz qalmışlar. Həmin il onlar hüquqi şəxs olaraq «Yehovanın Şahidlərinin Xristian İcması» adı ilə qeydiyyatdan keçdilər. Bununla belə, 1994-cü ildə «qeyri-ənənəvi» dinlərə və dinlə bağlı qanunun məhdudlaşdırılmasına dair böhtan kampaniyası keçiriləndən sonra Yehovanın Şahidləri və digər dini azlıqlar öz hüquqi statusunu itirdi. Nəticədə, polis Yehovanın Şahidlərini həbs etdi, dini görüşlərini dağıtdı və ədəbiyyatlarını müsadirə etdi. Bolqarıstan məhkəməsi Yehovanın Şahidlərini hüquqi müdafiə ilə təmin etmədi.

Dövlətdaxili bütün hüquq müdafiə vasitələri qurtardıqdan sonra Yehovanın Şahidləri Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət etdi. 1998, 2001 və 2004-cü illərdə AİHM Yehovanın Şahidləri və Bolqarıstan hökuməti arasındakı dostluq sazişlərini təsdiqlədi. Bu sazişlərdən sonra hökumət Yehovanın Şahidlərini dini icma olaraq yenidən qeydiyyatdan keçirdi. Beləcə, din azadlığına daxil olan etiqadına görə hərbi xidmətdən imtina etmə, alternativ mülki xidmət və maneəsiz şəkildə əqidəni başqaları ilə bölüşmək kimi hüquqlar təmin edildi.

Bolqarıstandakı Yehovanın Şahidləri dini azadlıq əldə etdikləri üçün minnətdardırlar. Bunun sayəsində onlar öz dini fəaliyyətlərini ümumilikdə maneəsiz şəkildə həyata keçirə bilirlər. Lakin bəzi yerli bələdiyyələr yerli qərarlardan sui-istifadə edib təbliğ işini məhdudlaşdırmaqla və ərazidə ibadət evlərinin tikilməsinə icazə verməməklə Yehovanın Şahidlərinin dini fəaliyyətini məhdudlaşdırırlar. Bundan əlavə, Yehovanın Şahidləri bəzi insanlar tərəfindən hücuma və təqibə məruz qalır. Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən yardım göstərsələr də, ümumilikdə, hücum edən kəsləri məsuliyyətə cəlb etmir və zərərçəkənləri müdafiə etmirlər. Yehovanın Şahidləri bu problemlərin həlli üçün Bolqarıstan hökumət nümayəndələri ilə görüşlərini davam etdirir. İbadət evinin tikintisi ilə bağlı məsələ isə AİHM-in qərarını gözləyir.