Kontentə keç

Eldorado-do-Sul şəhərində daşqın (Braziliya, Riu-Qrandi-du-Sul)

13 MAY 2024
BRAZİLİYA

Şiddətli yağıntılar Braziliyanın cənubunda daşqınlara səbəb olub

Şiddətli yağıntılar Braziliyanın cənubunda daşqınlara səbəb olub

2024-cü il aprelin 28-dən Braziliyanın cənubunda yerləşən Riu-Qrandi-du-Sul ştatında şiddətli yağıntılar başlayıb. Güclü davamlı yağışlar böyük daşqınlara səbəb olub.

Bacı-qardaşlara təsiri

  • Təəssüf ki, bir yaşlı ər-arvad həyatını itirib

  • 1544 bacı-qardaşımız təxliyə olunub

  • 2 ev dağılıb

  • 155 evə ciddi ziyan dəyib

  • 483 evə cüzi ziyan dəyib

  • 3 ibadət evinə ciddi ziyan dəyib

  • 10 ibadət evinə cüzi ziyan dəyib

Yardım işləri

  • Bacı-qardaşlara kömək üçün Zərərçəkənlərə yardım komitəsi təyin olunub. Azuqə paylamaq və bacı-qardaşlara ruhani cəhətdən dəstək olmaq üçün komitənin nümayəndələri zərər görmüş ərazilərə gediblər

  • Rayon nəzarətçiləri və yerli ağsaqqallar zərərçəkənlərə ruhani və əməli kömək göstərirlər

  • Ölkənin daha təhlükəsiz bölgələrində yaşayan Yehovanın Şahidləri təxliyə olunmuş dindaşlarını müvəqqəti sığınacaqla təmin edirlər

Dua edirik ki, daşqın və onun gətirdiyi dağıntılar zamanı Yehova Braziliyadakı dindaşlarımıza bu dar gündə pənah olsun (Zəbur 37:39).