Kontentə keç

12 FEVRAL 2019
BRAZİLİYA

Braziliyada bənd uçub

Braziliyada bənd uçub

Cümə günü, 25 yanvar 2019-cu il tarixində Braziliyanın Minas-Jerays ştatında yerləşən Brumadinyu şəhərində dağ-mədən bəndi uçaraq dağıdıcı palçıq selinə səbəb olub. Ən azı 150 nəfər ölüb, 182 nəfər isə itkin düşüb.

Brumadinyu şəhərində təxminən 180 nəfər Yehovanın Şahidinin olduğu iki yığıncaq var. Onlardan çoxu həmin dağ-mədən şirkətində işləyir. Bənd uçan zaman on nəfər Yehovanın Şahidi işdə olub. Onlardan doqquz nəfəri sağ-salamat olduğu halda, əfsuslar olsun ki, ağsaqqal kimi xidmət edən bir qardaş itkin düşüb. Bundan başqa, ən azı beş ailə evlərindən təxliyə olunub, bir ev isə tamamilə dağılıb.

Braziliya filialının komitə üzvü və həmin ərazidə xidmət edən rayon nəzarətçiləri fəlakətdən zərərçəkmişlərə baş çəkərək onları ruhlandırıb və praktiki yardım göstəriblər. Dua edirik ki, səmavi Atamız fəlakətdən zərərçəkmişlərin ehtiyac duyduğu təsəlli və qayğısını bundan sonra da onlardan əsirgəməsin (Romalılara 15:5).