Kontentə keç

Braziliyanın dağlıq bölgəsində yerləşən Petropolis şəhərində güclü leysan və torpaq sürüşmələri böyük dağıntılara səbəb olub

23 FEVRAL 2022
BRAZİLİYA

Braziliyada güclü leysan və torpaq sürüşmələri

Braziliyada güclü leysan və torpaq sürüşmələri

15 fevral 2022-ci il tarixində Rio-de-Janeyro ştatının (Braziliya) dağlıq bölgəsində yerləşən Petropolis şəhərində leysan yağışları güclü sürüşmələrə səbəb olub. Təbii fəlakət evləri və şəhər infrastrukturunu dağıdıb. 24 saat ərzində 26 santimetr yağış yağıb. Bu, rekord həddir.

Bacı-qardaşlara təsiri

  • 1 qardaş ağır yaralanıb və xəstəxanaya yerləşdirilib. Əfsuslar olsun ki, onun ikiyaşlı oğlu torpaq sürüşməsi nəticəsində həlak olub.

  • Daha 1 qardaş həlak olub.

  • 86 təbliğçi evini tərk edib.

  • 2 ev dağılıb.

  • 15 evə böyük ziyan dəyib.

  • 2 ibadət evinə cüzi ziyan dəyib.

Yardım işləri

  • Zərərçəkənlərə yardım komitəsi təyin olunub.

  • Rayon nəzarətçisi və yığıncaq ağsaqqalları zərərçəkmiş bacı-qardaşları ərzaq, içməli su, paltarla təmin edir və Müqəddəs Kitabdan təsəlli verirlər.

  • Evlərini tərk etmiş dindaşlarımız müvəqqəti olaraq qohumlarının və dindaşlarının evlərində qalır.

  • Bütün yardım işləri COVID-19 ilə bağlı təhlükəsizlik qaydalarına uyğun həyata keçirilir.

Bu fəlakətlə üzləşmiş bacı-qardaşlarımıza, xüsusilə də yaxınlarını itirənlərə görə dua edirik. Biz əminik ki, Yehova onlara təsəlli və güc verəcək (2 Salonikililərə 2:16, 17).