20 DEKABR 2023
BRAZİLİYA
Braziliyada yeni Müqəddəs Kitab təlim mərkəzi açıldı
3 dekabr 2023-cü il tarixində Braziliya filial komitəsinin üzvü Eduardo Martines qardaş yerli Toplantı zalında Kabreuvada açılan Müqəddəs Kitab təlim mərkəzinin həsrolunma nitqi ilə çıxış etdi. Həsrolunma proqramına 2400-dən çox bacı-qardaş canlı şəkildə, 4900-dən çoxu isə videokonfrans vasitəsilə qoşulmuşdu.
Yeni Müqəddəs Kitab təhsil mərkəzi əsasən «Padşahlıq Müjdəçiləri Məktəbi» və «Rayon Nəzarətçiləri və Həyat Yoldaşları üçün Məktəb» keçirmək üçün nəzərdə tutulub. Mərkəzdə eyni vaxtda üç sinif təhsil ala bilər. Beləcə, məktəbin il ərzində ümumilikdə 600-ə yaxın tələbə qəbul etmək imkanı var.
2020-ci ildə qardaşlar bir otel aldılar və onu Müqəddəs Kitab təlim mərkəzinə çevirmək üçün işlərə başladılar. COVID-19 pandemiyası vaxtı işləyən könüllülər lazımi ehtiyat tədbirlərinə riayət edərək 3 sinif otağı, 54 yaşayış otağı, 1 yeməkxana və ofisi hazırladılar. Tikinti başa çatandan qısa müddət sonra binanın açılışı üçün lazımi tədbirlər görüldü. Tədbirin məqsədi yaxınlıqda yaşayanları, eləcə də yerli məmurları Yehovanın Şahidləri və Müqəddəs Kitabın maarifləndirmə işi ilə tanış etmək idi. Binanı ziyarət edən dövlət nümayəndələrindən biri demişdi: «Burda gördüyünüz işlər çox yüksək keyfiyyətli və möhtəşəmdir. Allah yolunda görülən işlər məhz bu cür görülməlidir».
Tikinti-təmir işlərinə rəhbərlik edən Rojerio Braqanxolo qardaş demişdi: «Layihə boyu Yehovanın rəhbərliyini gördük. Onun işimizi necə avand etdiyini görmək Zəbur 127:1 ayəsindəki sözlərin gerçəkliyinə bir sübutdur: “Evi Yehova tikməzsə, ustaların zəhməti əbəsdir”».
Müqəddəs Kitab təlim mərkəzinin açılışına görə biz də çox sevinirik. Əminik ki, Braziliyadakı bacı-qardaşlar bu məktəb sayəsində «təlim verərkən Allahın etibara layiq» sözündən daha məharətlə istifadə edə biləcəklər (Titusa 1:9).