Kontentə keç

Resifidə (Pernambuku ştatı, Braziliya) toplantı zalına ciddi ziyan dəyib

10 İYUN 2022
BRAZİLİYA

Daşqın və torpaq sürüşmələri Braziliyaya böyük ziyan vurub

Daşqın və torpaq sürüşmələri Braziliyaya böyük ziyan vurub

May ayının 25-dən başlayaraq günlərlə davam edən şiddətli yağışlar Braziliyanın şimal-şərqində daşqın və torpaq sürüşmələrinə səbəb olub. Alaqoas və Pernambuku ştatlarında 42 şəhərə güclü ziyan dəyib. Buna görə də, həmin ərazilərdə fövqəladə hal elan olunub. 145 000-dən çox insan evsiz qalıb, ən azı 129 nəfər həyatını itirib.

Bacı-qardaşlara təsiri

  • Bacı-qardaşlarımız arasında həyatını itirən yoxdur.

  • 3 təbliğçi cüzi xəsarət alıb.

  • 280 evə cüzi zərər dəyib.

  • 22 evə ciddi ziyan dəyib.

  • 23 ibadət evinə cüzi zərər dəyib.

  • 1 toplantı zalına ciddi ziyan dəyib.

Yardım işləri

  • Zərərçəkənlərə yardım komitəsi 600-dən çox təbliğçinin zəruri ehtiyaclarını ödəyir və onlara ruhani cəhətdən dəstək olur.

  • Yardım işlərində iştirak edənlər COVID-19 ilə bağlı təhlükəsizlik qaydalarına əməl edir.

Dua edirik ki, bacı-qardaşlarımız «Rəbdən və Onun gücünün əzəmətindən qüvvət» alıb təbii fəlakətə tab gətirə bilsinlər (Efeslilərə 6:10).