Kontentə keç

4 YANVAR 2022
BRAZİLİYA

Leysan yağışları Braziliyanın şimal-şərqində daşqına səbəb olub

Leysan yağışları Braziliyanın şimal-şərqində daşqına səbəb olub

2021-ci il 24—26 dekabr tarixlərində Braziliyanın Baiya ştatında güclü leysan yağışları yağıb və 640 000-dən çox insana zərər vurub. Daşqın bəndləri dağıdıb, bir neçə şəhəri su basıb və həmin şəhərləri qalan ərazilərdən təcrid edib.

Bacı-qardaşlara təsiri

  • Bacı-qardaşlar arasında xəsarət alan yoxdur.

  • 273 təbliğçi təxliyə olunub.

  • 109 evə cüzi ziyan dəyib.

  • 3 ibadət evinə cüzi ziyan dəyib.

Yardım işləri

  • Zərərçəkənləri su, qida və paltarla təmin etmək üçün Zərərçəkənlərə yardım komitəsi təyin edilib.

  • Təxliyə olunmuş təbliğçilər müvəqqəti olaraq qohumlarının və ya dindaşlarının evində qalırlar.

  • Bütün yardım işləri COVID-19 ilə bağlı təhlükəsizlik qaydalarına uyğun həyata keçirilir.

Zərərçəkənlərə yardım komitəsində xidmət edən Marselo Ambrosio deyir: «Bacı-qardaşlar arasında gördüyümüz məhəbbət bizi çox ruhlandırıb və Yehovaya bundan sonra da tam gücümüzlə xidmət etmək əzmimizi artırıb».

Biz əminik ki, Yehova daşqından zərər çəkmiş bacı-qardaşlarımız üçün əsl sığınacaq olacaq (Zəbur 9:9).