Kontentə keç

28 DEKABR 2020
BRAZİLİYA

Santa-Katarinada daşqın və torpaq sürüşmələri

Santa-Katarinada daşqın və torpaq sürüşmələri

Məkan

Vali-du-İtajai (Cənubi Braziliya, Santa-Katarina ştatı)

Təbii fəlakət

  • Cümə axşamı, 17 dekabr 2020-ci tarixində başlamış güclü yağışlar böyük dağıntılara və torpaq sürüşmələrinə səbəb olub.

Bacı-qardaşlara təsiri

  • 22 təbliğçi təxliyə olunub

  • Əfsuslar olsun ki, 65 yaşlı bacımız evi torpaq sürüşməsi nəticəsində dağılanda həlak olub.

Əmlaka dəyən ziyan

  • 15 evə cüzi ziyan dəyib

Yardım işləri

  • Zərərçəkənlərə yardım komitəsi, rayon nəzarətçisi və yerli ağsaqqallar, həlak olmuş bacının ailəsi də daxil olmaqla, zərərçəkənlərə təsəlli verir və yardım göstərirlər.

  • Yerli qardaşlar regionun təbii fəlakətdən zərər çəkmiş digər şəhərlərinə baş çəkir və su basmış evlərin təmizlənməsi ilə əlaqədar görülməli olan işlərin həcmini müəyyən edir. Onların işinə komitə nəzarət edir. Komitə həm də təbliğçiləri 2000 litr içməli su və ərzaqla təmin edib. Hamı COVID-19 ilə bağlı təhlükəsizlik tədbirlərinə əməl edir.

Bu təbii fəlakət nəticəsində bir bacımızın həlak olması xəbəri bizi çox kədərləndirir. Təbii fəlakətlərin və ölümün olmayacağı vaxtı səbirsizliklə gözləyirik (Vəhy 21:4).