Kontentə keç

Hamilton Vieyra qardaş jestdilli tərcüməçi ilə birlikdə auditoriyanın alqışları altında Müqəddəs Kitabın Braziliya jest dilində çıxdığını elan edərkən

26 SENTYABR 2022
BRAZİLİYA

«Yeni Dünya Tərcüməsi» bütöv şəkildə Braziliya jest dilində işıq üzü gördü

«Yeni Dünya Tərcüməsi» bütöv şəkildə Braziliya jest dilində işıq üzü gördü

18 sentyabr 2022-ci il tarixində Braziliya filialının komitə üzvü Hamilton Vieyra Braziliya jest dilində «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»nin çıxdığını elan etdi. Bu nəşr həm «jw.org» saytında, həm də «JW Library Sign Language» tətbiqində mövcuddur. Braziliya filialından canlı yayımlanan bu tədbiri 36 300-dən çox insan izlədi.

Bacı-qardaşlar elektron cihazlarında Braziliya jest dilində çıxan Müqəddəs Kitabı göstərərkən

Bu, Braziliya jest dilində Müqəddəs Kitabın bütöv şəkildə çıxan ilk nəşridir. Ümumilikdə isə dünyada Müqəddəs Kitabın bütöv şəkildə işıq üzü gördüyü üçüncü jest dilidir. Bu layihəyə 2006-cı ildə «Mətta» kitabının tərcüməsi ilə başlanılmışdır. Müqəddəs Kitab bölmələri tərcümə olunduqca istifadəyə verilirdi.

Ancelika adlı eşitmə məhdudiyyətli bir bacı belə demişdi: «Əvvəllər mən Müqəddəs Kitabı portuqal dilində oxumağa çalışırdım, amma çətinliklə başa düşürdüm. İndi Braziliya jest dilində çıxan Müqəddəs Kitabı o qədər yaxşı başa düşürəm ki, özümü hadisələrin içində təsəvvür edirəm».

Braziliya jest dili tərcümə qrupunun üzvləri studiyada işləyərkən

1982-ci ildə Yehovanın Şahidləri Rio-de-Janeyroda ilk jestdilli yığıncağı təşkil etmişdilər. Hal-hazırda Braziliyada 9500 jestdilli təbliğçi, 246 yığıncaq, 337 qrup və 63 yarımqrup var.

Müqəddəs Kitabın işıq üzü görməsi Yehovanın eşitmə məhdudiyyətli bacı-qardaşlarımıza məhəbbətinin təzahürüdür. Dua edirik ki, bu dəyərli hədiyyə daha çox insana Yehova, Oğlu və vəd etdiyi əbədi həyat haqda öyrənməyə kömək etsin (Yəhya 17:3).