Kontentə keç

London Kral Məhkəmə binası. Burada Yüksək Məhkəmə, həmçinin İngiltərə və Uels Apellyasiya Məhkəməsi yerləşir

12 MAY 2020
BÖYÜK BRİTANİYA

İngiltərə yığıncaqdan kənar etmək hüququnu dəstəkləyib

İngiltərə yığıncaqdan kənar etmək hüququnu dəstəkləyib

17 mart 2020-ci il tarixində İngiltərə və Uels Apellyasiya Məhkəməsi Yüksək Məhkəmənin (birinci instansiya məhkəməsi) qərarından verilmiş şikayəti rədd edib. Belə ki, Yüksək Məhkəmə qərar vermişdir ki, Yehovanın Şahidlərinin Müqəddəs Kitab göstərişinə uyğun olaraq şəxsi yığıncaqdan kənar etmək hüququ var.

Yüksək Məhkəmə ətraflı qərarında müəyyən edib ki, yığıncaq şəxsin artıq Yehovanın Şahidi olmadığını elan etməklə heç bir qanun pozuntusuna, yaxud ləyaqəti alçaldan hər hansı bir əmələ yol verməyib. Yüksək Məhkəmənin hakimi Riçard Spirman qərarında bildirib: «Təbii ki, Müqəddəs Kitab prinsiplərini rəhbər tutan və onları tətbiq etməyə can atan dini qurumun müəyyən hallarda günah işlədənləri xaric etmək hüququ var. Bu həm də məntiqli, hətta vacibdir, çünki Müqəddəs Kitab prinsiplərinə əməl edə bilməyən və ya istəməyən kəs artıq bu qurumun üzvü sayılmağa layiq deyil və kənar edilmədiyi təqdirdə sadiq qalanlara arzuolunmaz təsir göstərə bilər».

Yüksək Məhkəmə iddia ərizəsini rədd etdikdən sonra iddiaçı qərardan apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etdi. Apellyasiya instansiyası şikayəti rədd etdi. Belə ki, məhkəmə müəyyən etdi ki, şikayət «tamamilə əsasız idi», məhkəmə qərarı «tamamilə düzgün idi» və «yığıncaqdan xaric etmək hüququna dini təşkilatda bilavasitə ehtiyac var idi».

Yehovanın Şahidlərinin hüquqlarını müdafiə edən vəkil Şeyn Breydi qərar barədə deyib: «Bu qərar bir çox digər İngiltərə məhkəmələrinin, Avropa İnsan Hüquqları Məhkəməsinin, həmçinin Kanada, kontinental Avropa və ABŞ apellyasiya məhkəmələrinin qərarlarına uyğun gəlir. Bütün bu qərarlar Yehovanın Şahidlərinin kimlərin onların dininə mənsub olacağına qərar vermək hüququnu təsdiq edir».

Biz çox şadıq ki, məhkəmə bizim Müqəddəs Kitabda buyrulduğu kimi yığıncaqların ruhani və əxlaqi təmizliyini qorumaq hüququmuzu tanıyıb (1 Korinflilərə 5:11; 2 Yəhya 9—11).