Kontentə keç

Helen bacı Brayl klaviaturasından istifadə edir

24 MART 2021
BÖYÜK BRİTANİYA

Əlillik ona anma mərasiminə dəvət kampaniyasında iştirak etməyə mane olmur

Əlillik ona anma mərasiminə dəvət kampaniyasında iştirak etməyə mane olmur

Şotlandiyanın paytaxtı Edinburqda yaşayan Helen Baç gözdən əlildir. Digər dindaşlarımız kimi, o da pandemiya ilə əlaqədar qoyulan məhdudiyyətlərə görə insanların evinə gedərək xoş müjdəni çatdıra bilmir. Amma bu, bacımıza İsa Məsihin ölümünü anma mərasiminə dəvət kampaniyasında bacardığını etməyə mane olmadı.

Bacımız əvvəlcə Brayl klaviaturasından istifadə edərək məktub üçün qeydlər hazırlayır. O deyir: «Bu cihaz mənim üçün qələm və kağız kimidir». Sonra isə bu qeydləri bacısı qızına diktə edir, o da məktubun son variantını tərtib edir.

Brayl əlifbası ilə yazılmış anma mərasimi dəvətnaməsi

Anası və nənəsi Yehovanın Şahidi olandan bəri anma mərasimi Helenin həyatında önəmli yer tutur. O, hər il insanları bu mərasimə dəvət edəcəyi vaxtı səbirsizliklə gözləyir. Bacı deyir: «Bu, iştirak edəcəyim 70-ci anma mərasimi olacaq. Hər il Brayl əlifbası ilə çap olunmuş anma mərasimi dəvətnaməsi alanda çox sevinirəm. Dəvətnamədəki məlumatı tam oxuyub başa düşdükdən sonra fikirləşirəm görüm kimləri dəvət edə bilərəm».

Şəraitlərindən asılı olmayaraq, bütün dünyadakı bacı-qardaşlarımız məhəbbətdən irəli gələrək insanları bu il şənbə günü martın 27-də keçiriləcək İsa Məsihin ölümünü anma mərasiminə dəvət edirlər (Luka 22:19).