21 OKTYABR 2022
BÖYÜK BRİTANİYA
Pəncab (Şahmuxi) dilində «Mətta» kitabı buraxılıb
9 oktyabr 2022-ci ildə Britaniya filialının komitə üzvü Pol Norton qardaş canlı keçirilən tədbirdə pəncab (Şahmuxi) dilində «Məttanın Müjdəsi» kitabının buraxıldığını elan etdi. Tədbirdə 1300-dən çox insan iştirak etdi. Təbliğçilərin bəziləri bu tədbiri Britaniya filialının ərazisində yerləşən ibadət evlərindən canlı yayım vasitəsi ilə izlədilər. Nəşr audio, elektron və çap formatda mövcuddur.
Hindistanda, Pakistanda, eləcə də bir çox ölkələrdə milyonlarla insan pəncab dilində danışır. 2020-ci ilin oktyabr ayında «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi» tam şəkildə gurmuxi əlifbası ilə pəncab dilində işıq üzü görüb. Amma bu yeni nəşr pəncab dilində şahmuxi əlifbası ilə oxuyan insanlar üçün nəzərdə tutulub. Onlar adətən gurmuxi əlifbasını ya oxuya bilmirlər, ya da tam başa düşmürlər. Bu vaxta qədər şahmuxi əlifbasında oxuyanlar Müqəddəs Kitabı urdu və digər dillərdə oxuyurdular.
Düzdür, bu vaxta qədər şahmuxi əlifbası ilə Müqəddəs Kitabın bəzi bölmələri mövcud idi. Amma «Mətta» bölməsinin bu yeni tərcüməsini oxumaq və başa düşmək daha asandır. Ən əsası isə bu tərcümədə Yehovanın adı var.
Bu kitabın tərcüməsində iştirak edən bir tərcüməçi demişdi: «Ola bilsin, insanlar Yehovanın adını kilsə nəğmələrində eşidiblər. Amma tərcüməçilər Yehovanın adının Müqəddəs Kitabdakı ayələrin əksəriyyətindən çıxardığı üçün insanlar Allaha yaxınlaşa bilmirdilər. İndi isə onlar Allahın adını Müqəddəs Kitabda orijinalda olan hər yerdə görəcəklər».
Əminik ki, yeni çıxan bu nəşr bacı-qardaşlara Yehovaya yaxınlaşmağa və Ona həmd ucaltmağa kömək edəcək (Mətta 6:9).