Kontentə keç

24 MART 2023
BURKİNA-FASO

Mur dilində Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi» işıq üzü gördü

Mur dilində Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi» işıq üzü gördü

19 mart 2023-cü il tarixində Benin filial komitəsinin üzvü Yusuf Uedraoqo Mur dilində Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»nin işıq üzü gördüyünü elan etdi. Bu elan Burkina-Fasonun paytaxtı Uaqaduqu şəhərində keçirilən görüşdə səsləndirildi a. Çoxları başqa şəhərlərdən görüşə videokonfrans vasitəsilə qoşulmuşdu. İştirak edənlərin ümumi sayı 1730-dan çox idi. Elandan sonra görüşdə iştirak edənlərin hər birinə Müqəddəs Kitabın çap olunmuş formatı paylanıldı və elektron formatda da əlçatan oldu.

Mur dili Burkina-Fasoda ən çox danışılan dildir. Təxminən səkkiz milyon insan bu dildə danışır. Mur dilində həmçinin qonşu ölkələr olan Kot-d’İvuar, Qana, Mali, Seneqal və Toqoda da danışılır.

Burkina-Fasonun yerli dilinə Müqəddəs Kitabı tam şəkildə ilk dəfə tərcümə edən Yehovanın Şahidləri olub. Baxmayaraq ki, Mur dilində Müqəddəs Kitabın başqa tərcümələri də var, amma onlarda Allahın adı heç yerdə qeyd olunmayıb.

Bir tərcüməçi demişdi: «“Məsəllər” və “Nəğmələr nəğməsi” kimi poetik kitabları tərcümə etmək xüsusilə çətin oldu. Çünki poeziya janrı Mur dilində təbii səslənmir. Bununla belə, onları tərcümə edəndən sonra çox təəccübləndik. Gördük ki, bu kitabda yazılanlar asan başa düşülür».

Çox şadıq ki, Mur dilində danışan bacı-qardaşlar Yehovadan belə gözəl pay alıblar (Yaqub 1:17).

a Burkina-Fasoda təbliğ işinə Benin filialı nəzarət edir.