Kontentə keç

Cənubi Afrika jest dilinə yeni tərcümə ofisi

29 APREL 2022
CƏNUBİ AFRİKA

Cənubi Afrika jest dilinə tərcümə ofisinin təmiri başa çatmaq üzrədir

Cənubi Afrika jest dilinə tərcümə ofisinin təmiri başa çatmaq üzrədir

Cənubi Afrika Respublikasında Yerli layihə-inşaat şöbəsi Durban şəhərində tərcümə ofisi üçün binanın təmir işlərini başa çatdırmaq üzrədir. Yeni tərcümə ofisində nəşrlərimiz Cənubi Afrika jest dilinə tərcümə olunacaq. Filial 2020-ci ilin mart ayında bu əmlakı, bundan bir qədər sonra isə həmin ərazidə mənzillər aldı. Tərcüməçilər 2022-ci ilin may ayında yeni mənzillərə köçməyə başlayacaq.

Tərcümə ofisində 17 beytelli xidmət edir. Onlara həftənin bəzi günlərində uzaqdan işləyən 25 könüllü kömək edir. Bu ofisdə Cənubi Afrikadakı 283 kar və eşitmə qabiliyyəti zəif olan təbliğçilər, eləcə də Cənubi Afrika jest dilində danışan 450 000 insan üçün yüksəkkeyfiyyətli tərcümə ərsəyə gətiriləcək. Tərcümə ofisinin yerləşdiyi yer də xüsusi olaraq seçilib, çünki Cənubi Afrikada kar və eşitmə qabiliyyəti zəif olan insanların əksəriyyəti Kvazulu-Natal əyalətində yaşayır. Durban bu əyalətin ən iri şəhəridir.

Cənubi Afrika jest dilinə tərcümə qrupu ilə əməkdaşlıq edən Sibusiso Mzizi qardaş deyir: «Biz əminik ki, bu yeni ofisdə görüləcək işlər Cənubi Afrikada jest dilində təbliğ işinə, eləcə də yığıncaqların ruhən möhkəmləndirilməsinə böyük töhfə verəcək».

Cənubi Afrika jest dilində təbliğ işini və bu layihəni avand etdiyinə görə Yehovaya ürəkdən minnətdarıq (Zəbur 127:1).