Kontentə keç

5 İYUN 2019
CƏNUBİ AFRİKA

Cənubi Afrika leysan yağışları və daşqınla mübarizə aparır

Cənubi Afrika leysan yağışları və daşqınla mübarizə aparır

2019-cu il aprel ayının sonlarında Cənubi Afrikanın şərq sahillərində şiddətli leysan yağışları yağıb. Uzun müddət yağan yağışlar Kvazulu-Natal əyalətinin Durban şəhərində və onun ətraflarında daşqınlara və torpaq sürüşmələrinə səbəb olub. Kütləvi informasiya vasitələrində verilən məlumata görə, ən azı 70 nəfər ölüb.

Cənubi Afrika filialının məlumatına görə, qardaşlarımız arasında ölən və ya xəsarət alan yoxdur. Bununla belə, torpaq sürüşməsi və daşqın nəticəsində ən azı 19 ailənin evlərinə zərər dəyib. Daşqın suları ən azı üç ibadət evinə də zərər vurub.

Təbii fəlakətdən zərərçəkənlərə yardım komitəsinin göstərişi ilə Yerli layihə-inşaat şöbəsində xidmət edən könüllülər hər evə dəyən zərəri müəyyən edirlər. Evləri yaşayış üçün təhlükəli olan bacı-qardaşlar başqa yerlərə yerləşdirilir.

Biz əminik ki, Yehova Cənubi Afrikada çətinliklərlə üzləşən bacı-qardaşlarımıza bundan sonra da dəstək olacaq (Zəbur 34:19).