10 MART 2021
CƏNUBİ AFRİKA
Cənubi Afrikada üç dildə «Yeni Dünya Tərcüməsi» işıq üzü gördü
2021-ci il martın 7-si Cənubi Afrikada kuanqali, sepulana və setsvana dillərində danışan təbliğçilər xüsusi hədiyyə aldılar. Rəhbərlik Şurasının üzvü Mark Sanderson kuanqali və sepulana dillərində İncilin «Yeni Dünya Tərcüməsi»nin, setsvana dilində isə «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»nin yenidən baxılmış nəşrinin buraxılışını elan etdi. Nitq qabaqcadan yazıya alınmışdı. Təbliğçilər xüsusi proqrama videokonfrans vasitəsilə baxdılar. Elandan sonra kitabları elektron formatda yükləmək mümkün oldu.
Kuanqali
Üç nəfərdən ibarət tərcümə qrupu işini iki ilə bitirdi. İndi bu dildə danışan 240-dan çox təbliğçinin dili asan olan tərcüməsi var. Bu tərcümə onların şəxsi mütaliəsini və xidmətini zənginləşdirəcək.
Sepulana
Tərcümənin üzərində altı tərcüməçi təxminən bir il yarım işləyib. Cənubi Afrikada sepulana dilində danışan təbliğçilərin sayı 374 nəfərdir.
Tərcüməçilərdən biri deyir: «Xidmətdə çox vaxt sepedi dilində olan Müqəddəs Kitabdan istifadə edirdik. Amma ayəni izah etməzdən əvvəl ayədəki bir və ya bir neçə sözü başa salır və ya tərcümə edirdik. İndi isə hər ayəni bircə dəfə oxumaq kifayətdir ki, insan onu başa düşsün».
Setsvana
Yenidən baxılmış nəşr təxminən dörd ilə ərsəyə gəldi. Onun üzərində altı tərcüməçi işləyib. Setsvana dilində 5600-dən çox təbliğçi xidmət edir.
Setsvana dilində «Yeni Dünya Tərcüməsi» barədə bir tərcüməçi deyir: «İndi təbliğçilərin diqqəti çətin sözləri izah etməkdə yox, təbliğ etmək qabiliyyətlərini yaxşılaşdırmaqda olacaq. Onun köməyi ilə təbliğçilər səmərəli araşdırmalar apara biləcək. Sxemlər, xəritələr, şəkillər və lüğət Müqəddəs Kitab hadisələrini daha canlı təsəvvür etməyə kömək edəcək».
Bu tərcümələr bacı-qardaşlara və onların təbliğ etdikləri adamlara ruhani tələbatlarını təmin etməyə kömək edəcək. Bu qədər ruhani qidamızın olduğuna görə Yehovaya ürəkdən minnətdarıq (Əşiya 65:13).