Kontentə keç

Leysan yağışları Kvazulu-Natal əyalətində (CAR) güclü daşqınlara səbəb olub və əraziyə ciddi ziyan vurub

25 APREL 2022
CƏNUBİ AFRİKA

CAR-da leysan yağışları yağıb və torpaq sürüşmələri baş verib

CAR-da leysan yağışları yağıb və torpaq sürüşmələri baş verib

2022-ci il aprelin 13-ü Cənubi Afrika Respublikasının Kvazulu-Natal əyalətinin bəzi rayonlarında güclü leysan yağıb. Nəticədə, yüzlərlə insan həlak olub, rayonlara böyük ziyan dəyib. Bəzi yerlərdə sutka ərzində 300 millimetrə qədər yağış yağıb. Bir çox ərazilər işıqsız və susuz qalıb, yollar yararsız vəziyyətə düşüb.

Bacı-qardaşlara təsiri

  • Bacı-qardaşlar arasında ölən yoxdur.

  • Bir bacının qızı divarın üstünə uçması nəticəsində yüngül xəsarət alıb.

  • Bir qardaş evini sel aparanda yüngül xəsarət alıb.

  • 27 ev dağılıb.

  • 102 evə ziyan dəyib.

  • 87 təbliğçi evlərini tərk edib.

  • 2 ibadət evinə cüzi ziyan dəyib.

Yardım işləri

  • Yardım işlərinə nəzarət məqsədilə Zərərçəkənlərə yardım komitəsi təyin edilib.

  • Yığıncaq ağsaqqalları və rayon nəzarətçiləri təbliğçilərə lazımi yardım göstərirlər.

  • Bütün yardım işləri COVID-19 ilə bağlı təhlükəsizlik tədbirlərinə uyğun həyata keçirilir.

Biz əminik ki, Yehova əmlakını itirmiş bacı-qardaşları köməksiz qoymayacaq və tezliklə Onun bütün vədləri gerçəkləşəcək (2 Korinflilərə 4:18).