Kontentə keç

20 AVQUST 2019
CƏNUBİ AFRİKA

Yehovanın Şahidləri kuanyama dilində İncilin «Yeni Dünya Tərcüməsi»ni nəşr edib

Yehovanın Şahidləri kuanyama dilində İncilin «Yeni Dünya Tərcüməsi»ni nəşr edib

16 avqust 2019-cu il tarixində Yehovanın Şahidləri Namibiyanın Ondanqva şəhərində keçirilən regional toplantıda kuanyama dilində İncilin «Yeni Dünya Tərcüməsi»nin nəşr edildiyini elan edib. Elanı Cənubi Afrika filialının komitə üzvü Franko Daqostini Ondanqva Ticarət Yarmarkaları Mərkəzində baş tutmuş toplantının ilk günündə səsləndirib.

Tərcümə qrupunun üzvlərindən biri deyir: «İncilin “Yeni Dünya Tərcüməsi” sayəsində insanlar Müqəddəs Kitabın çatdırdığı xəbəri oxuyub daha aydın başa düşəcəklər. Bacı-qardaşlarımız Yehovanın adını olmalı olduğu yerlərdə görəndə çox sevinəcəklər».

Cənubi Afrika filialının nəzdində olan ərazidə kuanyama dilində danışan təxminən 490 təbliğçi yaşayır. Onlar əsasən Anqola və Namibiyada yaşayan 1,4 milyon kuanyamadilli insana təbliğ edirlər.

Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi» qismən və ya tam olaraq 184 dildə var, bu tərcümələrdən 25-i 2013-cü ildə nəşr edilmiş yenidən baxılmış Müqəddəs Kitabdan tərcümə edilib. Biz çox sevinirik ki, bacı-qardaşlarımız bu Müqəddəs Kitabın köməyilə Allahın Kəlamını kuanyama dilində danışanlara təbliğ edəcəklər (Həvarilərin işləri 2:37).