20 SENTYABR 2019
CƏNUBİ KOREYA
2019-cu il «Məhəbbət heç vaxt tükənmir!» adlı beynəlxalq toplantı (Cənubi Koreya, Seul)
Tarix: 13—15 sentyabr 2019-cu il
Məkan: «KINTEX» (Koreya Beynəlxalq Sərgi Mərkəzi) (Cənubi Koreya, Seul)
Proqramın dilləri: Çin (putunxua), ingilis, İndoneziya, Koreya, rus, Vyetnam
İştirakçıların ən yüksək sayı: 60082
Vəftiz olunanların ümumi sayı: 478
Beynəlxalq nümayəndələrin sayı: 6076
Dəvət olunmuş filiallar: Braziliya, Çexiya-Slovakiya, Finlandiya, Fransa, Yunanıstan, İndoneziya, Qazaxıstan, Malayziya, Skandinaviya, ABŞ, Vyetnam
Yerli ərazidə baş vermiş hadisələr: Nümayəndələri hazır yeməklərlə təmin edən şirkətin baş icraçı direktoru cənab Çxve Çi-unq deyib: «İşçilərimizdən biri deyib ki, Yehovanın Şahidləri ilə əməkdaşlıqdan sonra onların təbiətcə necə də xeyirxah insanlar olduqlarını gördü. Məni isə bir-birilərini həyatlarında ilk dəfə görən əcnəbi və yerli Yehovanın Şahidləri arasındakı məhəbbət heyran etdi. Kənardan bu, yaxın dostların görüşünə bənzəyirdi. Mən bir çox dini tədbirlərdə iştirak etmişəm, amma sizin tədbir xüsusi idi».
Turizm şirkətinin idarə heyətinin üzvü xanım An Son-çu deyib: «Yehovanın Şahidlərinin nə qədər xeyirxah və daim gülərüz olduqlarını görəndə birdən ağlıma fikir gəldi: gərək biz də avtobus sürücülərimizə daim xatırladaq ki, onlar kimi olmağa çalışsınlar. Əvvəl-əvvəl düşünürdüm: “Görəsən Yehovanın Şahidlərinin sirri nədədir?” Lakin bu insanlarla bir az işlədikdən sonra başa düşdüm ki, onlar bir-birilərini həqiqətən də sevir, bir-birilərinə hörmətlə yanaşır və imanlarını əməldə göstərirlər. Xəbər tutanda ki Yehovanın Şahidinin hər biri təmənnasız, könüllü kimi çalışır, düzü, çox təəccübləndim. Yehovanın Şahidlərinin başqalarına diqqətlə qulaq asmaları və həmişə təbəssümlə cavab vermələri məni düşündürdü: “Görəsən mən özümdə nələri dəyişməliyəm?” İmkan düşsə, Yehovanın Şahidləri ilə bir daha işləmək istəyərdim».
«MBC Munhwa» yayım şirkətinin «De-çan-qım» parkının idarə direktoru Kim Kö-Sik deyib: «Yehovanın Şahidlərinin təşkil etdiyi tədbir çox təsirli idi. Özüm katolik olsam da, tədbir göstərdi ki, əsl məsihilər necə davranmalıdır. Yehovanın Şahidlərinin yaxşı əməkdaş və mütəşəkkil insanlar olduğu işçi heyətimizin diqqətindən yayınmadı. Onlar başqalarına qarşı çox nəzakətli idilər, hətta xırda bir əşya götürməzdən əvvəl icazə istəyirdilər. Sanki onlardan biri kimi, onlarla fəxr edirəm».
Bacı-qardaşlar böyük şövqlə hava limanına gələn beynəlxalq nümayəndələri qarşılayır
Nümayəndələr yerli bacı-qardaşlarla xidmətdə
Yerli bacılar səhər toplantı məkanına gələn nümayəndələri salamlayır
Nümayəndə yerli bacının və onun qızının şəklini çəkir
Çoxsaylı toplantı iştirakçıları şənbə günü proqrama qulaq asır
Qardaş vəftizin suallarını eşitmə və görmə qabiliyyəti olmayan qardaşa tərcümə edir
Üç bacı proqrama diqqətlə qulaq asır və qeydlər aparır
Stiven Let qardaş şənbə günü yekun nitqlə çıxış edir
Şənbə günü keçirilmiş vəftiz üçün quraşdırılan altı hovuzun yuxarıdan görüntüsü
Xüsusi tamvaxtlı xidmətçilər bazar günü toplantının sonunda iştirakçılara əl edirlər
Bəziləri milli geyimlərində olan toplantı iştirakçıları birgə şəkil çəkdirir
Koreya filialında açıq qapı günündə nümayəndələr məsihi bitərəfliyini qorumuş saysız-hesabsız bacı-qardaşların şəkillərinə baxır
Nümayəndələr ekskursiyaların birində yerli bacılarla şəkil çəkdirir
Nümayəndələr üçün milli Koreya rəqsi olan puçheçhum rəqsini ifa edən bacılar şəkil çəkdirir