Kontentə keç

Yehovanın Şahidləri olan ailənin yanğın nəticəsində tamamilə yanmış evi

25 APREL 2019
CƏNUBİ KOREYA

Cənubi Koreyanın şərq sahili boyunca meşə yanğını baş verib

Cənubi Koreyanın şərq sahili boyunca meşə yanğını baş verib

4 aprel 2019-cu il tarixində Cənubi Koreyanın şərq sahilində yerləşən Kanvondo vilayətində meşə yanğını baş verib. Yanğın sürətlə yayılıb, nəticədə ölkədə fövqəladə vəziyyət elan olunub. Yanğın nəzarətə alınana qədər 1600 hektar ərazi tamamilə yanıb, iki nəfər həlak olub.

Filialın verdiyi məlumata görə, qardaşlarımız arasında ölən yoxdur. Lakin səkkiz evə dəymiş zərər nəticəsində 27 bacı-qardaşımız ziyan çəkib. Filialın rəhbərliyi altında Təbii fəlakətdən zərərçəkənlərə yardım komitəsi və ərazidə xidmət edən rayon nəzarətçisi təbii fəlakətdən zərər çəkənlərə ruhani və praktiki köməklik göstərmək üçün yığıncaq ağsaqqalları ilə əməkdaşlıq edirlər.

Biz əminik ki, Yehova qardaşlarımızın gücü, pənahı və dar gündə köməyi olacaq (Zəbur 46:1).