Kontentə keç

Soldan sağa: alternativ mülki xidmətə yola düşən qardaşlarımız Çhve Yön-von, Pek Con-hön və Kan Na-yun ailələri ilə vidalaşır

23 NOYABR 2020
CƏNUBİ KOREYA

Tarixi hadisə: Cənubi Koreyada alternativ mülki xidmətə start verildi

Tarixi hadisə: Cənubi Koreyada alternativ mülki xidmətə start verildi

Tarixdə ilk dəfədir ki, Cənubi Koreya hökuməti əqidəyə görə hərbi xidmətdən imtina edənlər üçün alternativ mülki xidmət proqramına start verdi. 26 oktyabr 2020-ci il tarixində qardaşlar bu xidməti qəbul etdi və islah müəssisələrinin birində üçillik xidmətə başladılar. Onların işinə aşbazlıq, alış-veriş, təlim vermək, gigiyena və sağlamlıqla bağlı işlər və obyektin texniki xidmət işləri daxildir. Hazırkı qaydalara əsasən, qardaşlar iki ay ərzində xidmət yerlərini tərk edə bilməzlər. İki aydan sonra isə onlara işlərini bitirdikdən sonra ruhani fəaliyyətləri ilə əlaqədar müəssisəni tərk etməyə icazə veriləcək, amma birdəfəyə onların yalnız yarısı müəssisəni tərk edə biləcək. Bununla belə, axşam saat 9-da onlar xidmət yerlərində olmalıdır.

Alternativ xidməti 63 qardaş keçəcək. Onlardan biri, Kim Hön-su deyir: «Bu xidmət beynəlxalq standartlara tam cavab verməsə də, onu qəbul etmək qərarına gəldim, çünki mülki xarakterlidir və hərbi orqanların nəzarəti altında deyil».

Biz əminik ki, Cənubi Koreyadakı gənc sadiq qardaşlarımız bundan sonra da yaxşı işləri ilə Yehovaya şərəf və şöhrət gətirəcəklər (Mətta 5:16).

 

Alternativ xidmətə yola düşən Pak Ce-yök qardaş ailə üzvləri ilə sağollaşır

Li San-cun qardaş (solda) ailəsi ilə vidalaşmağa hazırlaşır. Valideynləri Kim Yön-hun qardaşı (sağda) qucaqlayır

Çon Yö-göm qardaş alternativ xidmətə yola düşməyə hazırlaşır