Kontentə keç

30 AVQUST 2018
CƏNUBİ KOREYA

Koreyanın Ali Məhkəməsi əqidəyə görə hərbi xidmətdən imtina ilə bağlı arqumentləri dinləyir

Koreyanın Ali Məhkəməsi əqidəyə görə hərbi xidmətdən imtina ilə bağlı arqumentləri dinləyir

Cümə axşamı, 30 avqust 2018-ci il tarixində Cənubi Koreyanın Ali Məhkəməsi əqidəsinə görə hərbi xidmətdən imtina edən üç Yehovanın Şahidinin işi ilə bağlı tam hakim heyətinin iştirakı ilə ictimai dinləmə keçirdi. Koreya hökumətinin əqidəsinə görə hərbi xidmətdən imtina edənləri uzunmüddətli həbsetmə siyasətinin üzərində qızğın ictimai müzakirə aparıldı, 13 hakimin hər biri bu məsələ ilə bağlı Yehovanın Şahidlərinin vəkillərini və başqa insanları dörd saat ərzində sorğu-sual etdi. Hakimlər Konstitusiya Məhkəməsinin 28 iyun 2018-ci il tarixli mühüm qərarını hərtərəfli müzakirə etdi. Həmin qərarda Koreya hökumətindən tələb olunurdu ki, qanunvericiliyə əsasən əqidəsinə görə hərbi xidmətdən imtina edənləri bir cinayətkar kimi həbs etmək əvəzinə, onları alternativ mülki xidmətlə təmin etsin. Vəkillər Məhkəmədən xahiş etdi ki, bu üç qardaşımızın təqsirsiz olduğunu elan etsin. Çünki bu yolla hal-hazırda gedən 900-dən çox oxşar məhkəmə işində aşağı instansiya məhkəmələrinin qərarına təsir edəcək güclü bir presedentin əsası qoyula bilər. İndi isə dinləmə zamanı gözdən keçirilən bu üç Yehovanın Şahidinin məhkəmə işi ilə bağlı qərarı nə vaxt və necə vermək məsuliyyəti Ali Məhkəmənin öhdəsindədir.

Hal-hazırda həbsdə yatan 100-dən çox sadiq qardaşımızla birlikdə qurtuluş verən Allahı səbirlə gözləməyə davam edəcəyik (Mikə 7:7).