1 NOYABR 2018
CƏNUBİ KOREYA
Cənubi Koreyada Ali Məhkəmə tarixi qərar qəbul etdi
Cümə axşamı, 1 noyabr 2018-ci il tarixində Cənubi Koreyanın Ali Məhkəməsi səs çoxluğu ilə (lehinə 9, əleyhinə 4) qərar qəbul etdi. Qərarda bildirildi ki, əqidəsinə görə hərbi xidmətdən imtina cinayət hesab olunmur. Etiqada əsaslanan vicdan hərbi xidmətdən imtina etmək üçün «qanuni səbəb» sayılır. Cənubi Koreyanın Ali Məhkəməsi tərəfindən çıxarılan bu mühüm qərar Koreya məhkəmə sisteminin bütün səviyyələrində məhkəmə işlərinin həllini gözləyən 900-dən çox qardaşın təqsirsiz bilinməsinə təməl qoyur.
Bu ilin əvvəlində Koreyanın Konstitusiya Məhkəməsi qərar çıxarmışdı ki, əqidəsinə görə hərbi xidmətdən imtina edənlər 2019-cu ilin dekabr ayına kimi alternativ xidmət imkanları ilə təmin edilməlidir.
Biz bu tarixi qərara görə çox sevinirik və Yehovanı mədh edirik.