Kontentə keç

28 İYUN 2018
CƏNUBİ KOREYA

Koreya Konstitusiya Məhkəməsinin tarixi qərarı: Alternativ xidmətin təmin edilməməsi qeyri-qanunidir

Koreya Konstitusiya Məhkəməsinin tarixi qərarı: Alternativ xidmətin təmin edilməməsi qeyri-qanunidir

2018-ci il iyunun 28-i Cənubi Koreyanın tarixində ilk dəfə Konstitusiya Məhkəməsi Koreyanın Hərbi Xidmət Aktının (HXA) bir bölməsinin qeyri-qanuni olduğunu elan etdi, çünki bu bölmə əqidəsinə görə hərbi xidmətdən imtina edənləri alternativ xidmətlə təmin etmir. Bu həlledici qərar HXA altında əqidəsinə görə hərbi xidmətdən imtina edənlərin 65 illik həbs edilməsi siyasətini dəyişdirdi.

1953-cü ildən bəri 19300-dən çox qardaşımız ümumilikdə təxminən 36700 il həbs cəzası çəkib. Konstitusiya Məhkəməsinin bu qərarı Koreyanın Ali Məhkəməsinə artıq imkan yaradır ki, əqidəsinə görə hərbi xidmətdən imtina edənlərin də daxil olmaqla, xüsusi məhkəmə işlərinə bu qanunu tədbiq etsin. Bundan əlavə, 2019-cu il dekabrın 31-nə kimi əqidəsinə görə hərbi xidmətdən imtina edənlərin alternativ xidmətlə təmin olunması məsələsi Koreya qanunvericilərinin öhdəsinə qoyulub.

Hər birimiz Koreyadakı qardaşlarımıza görə çox sevinirik. Nəhayət on illərdir davam edən ədalətsizliyə son qoyulur (Məsəllər 15:30).