11 SENTYABR 2019
ÇEXİYA RESPUBLİKASI
Çex və slovak dillərində yenidən baxılmış Müqəddəs Kitab dərc edilib
7 sentyabr 2019-cu il tarixində çex və slovak dillərində Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»nin yenidən baxılmış nəşrlərinin buraxılışı barədə elan edilib. Elanı Rəhbərlik Şurasının üzvü Stiven Let Çexiyanın Ostrava şəhərində keçirilmiş xüsusi toplantıda səsləndirib. Xüsusi toplantı Çexiya Respublikası və Slovakiyada 200-dən çox məkana canlı yayımlanıb və iştirakçıların ümumi sayı 25284 nəfər olub.
Hər iki qrup tərcümələrin üzərində dörd ildən çox işləyib. Mətnin asan oxunuşu yeni nəşrlərin özəlliklərindən biridir. Slovak tərcümə qrupunun üzvü deyir: «Müqəddəs Kitab oxucusu özünü hadisələrin içində hiss edəcək. Mətn daha oxunaqlı və təbiidir — oxucu əhvalatın nə ilə bitdiyini bilmək istəyəcək və oxumaqdan ayrıla bilməyəcək».
Çexiya Respublikasında 15000-dən çox, Slovakiyada isə 11000-dən çox Yehovanın Şahidi yaşayır. Hər iki dil qrupu bu tərcümələrdən yararlanacaq. Çex tərcümə qrupunun üzvü deyir: «“Yeni Dünya Tərcüməsi”nin yenidən baxılmış nəşrində fikirlər müasir dildə və qısa cümlələrlə verilib. Tərcüməçilər buna çox çalışıblar. İndi onu yalnız uzun müddət Yehovanın Şahidləri olanlar deyil, gənclər, eləcə də həqiqətə yeni gələnlər də asan başa düşəcək».
Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi» tam və ya hissələrlə 184 dilə tərcümə olunub, onlardan 29-u tam olaraq 2013-cü ilin yenidən baxılmış nəşrindən tərcümə olunub. Biz dua edirik ki, hər iki nəşrin sayəsində Müqəddəs Kitab həqiqəti oxucuların ürəyinə daha tez yol tapsın (Luka 24:32).