Kontentə keç

Ön planda: Ostravada (Çexiya Respublikası) ictimai şahidlik. Sağda: Ostravada (yuxarıda) və Praqada (aşağıda) buzüstü hokkeyin keçirildiyi idman arenaları

28 İYUN 2024
ÇEXİYA RESPUBLİKASI

Çexiya Respublikasında keçirilən Beynəlxalq Buzüstü Hokkey Çempionatı zamanı təbliğ

Çexiya Respublikasında keçirilən Beynəlxalq Buzüstü Hokkey Çempionatı zamanı təbliğ

2024-cü il 10—26 may tarixlərində Çexiya Respublikasında Beynəlxalq Buzüstü Hokkey Federasiyasının dünya çempionatı keçirildi. Turnirin keçirildiyi Ostrava və Praqa şəhərlərinə təxminən 800 000 adam gəlmişdi. Yehovanın Şahidləri yarış zamanı stadionların yaxınlığında ədəbiyyat arabaları qoymuşdular. Aşağıda bəzi ruhlandırıcı hadisələr gətirilib.

İki oğlan ədəbiyyat arabasına yaxınlaşaraq hörmətcil tərzdə qardaşlardan onların kim və nə işlə məşğul olduqlarını soruşdular. Qardaşlar Yehovanın Şahidlərinin fəaliyyəti haqda məlumat verdilər və Müqəddəs Kitab dərslərinin necə keçirildiyini göstərdilər. Oğlanlardan biri bu dərslərin nə vaxt və harada keçirildiyini soruşdu. Qardaşlar izah etdilər ki, dərslər ona rahat olan vaxtda və yerdə keçirilə bilər. Oğlan Müqəddəs Kitab dərsi keçmək təklifini qəbul etdi.

Digər bir yerdə təbliğ zamanı üç kişi qardaşlarla söhbət etdi. Biləndə ki, Yehovanın Şahidləri təbliğ etdikləri üçün məvacib almırlar, onlar təəccübləndilər. Kişilərdən biri soruşdu: «Əgər bu işə görə pul almırsınızsa, xeyriniz nədir?» Qardaşlar izah etdilər ki, Müqəddəs Kitab təlimləri onların həyatını yaxşılığa doğru dəyişib və gələcəyə ümid verib. Eşitdiklərindən təsirlənən kişilərdən biri daha ətraflı məlumat almaq istədiyini dedi və «Əbədi xoşbəxt həyat!» broşürünü istədi.

Bir kişi dəfələrlə ədəbiyyat arabasının yanından keçmişdi. Nəhayət, o dayanıb Yehovanın Şahidlərindən soruşdu: «Sizin təlimləriniz və mənim getdiyim kilsənin təlimləri arasında hansı fərq var?» Qardaşlar Müqəddəs Kitabdan istifadə edərək ona qısaca Yehovanın Şahidlərinin bəzi təlimlərini izah etdilər. Kişi diqqətlə qulaq asdı və aydın izahat üçün Şahidlərə minnətdarlığını bildirdi. Sonra dindaşlarımız onu jw.org saytı ilə tanış edərək Müqəddəs Kitab və ona əsaslanmış təlimlər haqda daha çox məlumatı necə əldə edə biləcəyini göstərdilər.

Çexiya Respublikasındakı bacı-qardaşlarımıza minnətdarıq ki, dinləmək istəyən hər kəsə var-gücləri ilə «yaxşı şeyləri» müjdələyirlər (Romalılara 10:15).