12 SENTYABR 2023
ÇİLİ
Çilinin cənubunda güclü daşqın baş verib
2023-cü il avqustun 19-dan 23-nə kimi Çilinin cənubunu güclü fırtınalar və daşqın ağuşuna alıb. Təəssüf ki, 2023-cü ilin iyun ayında bəzi ərazilərdə baş verən daşqın nəticəsində zərərçəkən bacı-qardaşlarımızın əksəriyyəti bu daşqının təsirinə də məruz qalıb. Hesabatlar göstərir ki, həmin ərazidə yağan leysan yağışları son onillikdə qeydə alınmış ən güclü yağışlardır. Sakit okeanda suyun temperaturunun qalxması «El-Ninyo-Cənub tərəddüdü» kimi tanınan iqlim hadisəsi ilə birlikdə həmin ərazidə leysan yağışlarına və genişmiqyaslı daşqınlara səbəb oldu. Təxminən 25 000 ev zərər görüb və ya dağılıb, ən azı üç nəfər həyatını itirib.
Bacı-qardaşlara təsiri
Bacı-qardaşlar arasında ölən və ya yaralanan yoxdur
225 təbliğçi təxliyə olunub
13 evə ciddi ziyan dəyib
38 evə cüzi ziyan dəyib
3 ibadət evinə və ibadət görüşlərini keçirmək üçün istifadə olunan bir qardaşın evinə cüzi ziyan dəyib
Yardım işləri
Rayon nəzarətçiləri və ağsaqqallar zərər çəkən bacı-qardaşlara ruhani və əməli yardım göstərir
Yardım işlərini təşkil etmək üçün 2 Zərərçəkənlərə yardım komitəsi təyin olunub
Çilidəki daşqının təsirinə məruz qalan bacı-qardaşlarımız üçün dua edirik və Allahın Padşahlığının təbii fəlakətlərə son qoyacağı vaxtı səbirsizliklə gözləyirik (Əşiya 32:18).