17 FEVRAL 2023
ÇİLİ
Meşə yanğınları Mərkəzi Çilini cənginə alıb
Heç on il olmaz ki, Çilidə ikinci dəfə dəhşətli meşə yanğınları baş qaldırıb. 2023-cü ilin fevral ayından bəri ölkədə 300-dən çox aktiv yanğın ocağı müəyyən olunub. Yanğın ocaqlarının təxminən 20 faizi hələ də sönməyib. Yanğınlar Araukaniya, Bio-bio və Nyuble vilayətlərində 430 000 hektardan çox ərazini viran qoyub. Məlumatlara əsasən, ölkənin infrastrukturuna, magistral yollara və xəstəxanalara ciddi ziyan dəyib. Ən az 6000 nəfər yanğından zərər görüb, 1500-dən çox ev dağılıb. Məlumata əsasən, 25 nəfər həyatını itirib.
Bacı-qardaşlara təsiri
Bacı-qardaşlar arasında ölən yoxdur.
222 təbliğçi təxliyə edilib; 76 təbliğçi evinə qayıda bilmir.
18 ev dağılıb.
İbadət evlərinə zərər dəyməyib.
Yardım işləri
Rayon nəzarətçiləri və yerli ağsaqqallar fəlakətdən zərər çəkən bacı-qardaşlara ruhani yardım göstərir.
Yardım işlərinin təşkili üçün Zərərçəkənlərə yardım komitəsi təyin edilib.
Bu çətin günlərdə bacı-qardaşlarımız əmin ola bilərlər ki, «hər dərdimizdə bizə təsəlli» verən Allahımız Yehova onlara dayaq olacaq (2 Korinflilərə 1:4).