Kontentə keç

15 MAY 2015-Cİ İL
ÇİLİ

Çilidəki daşqının qurbanlarına yardım

Çilidəki daşqının qurbanlarına yardım

Kopyapodakı ibadət evi su və palçıqla dolmuşdu.

SANTYAQO, Çili. Şimali Çilinin Atakama ərazisində 25 mart 2015-ci ildə güclü yağışlar nəticəsində son səksən ilin ən böyük daşqını və torpaq sürüşməsi baş vermişdi. Bu təbii fəlakət 30000-dən çox adama zərər vurub. Onlardan 3000-i müvəqqəti sığınacaqlarda yerləşdirilmiş, təxminən 25 nəfər isə həlak olmuşdur.

Yehovanın Şahidlərinin Çilidəki filialının verdiyi məlumata əsasən, Yehovanın Şahidləri arasında ölən və ya ciddi xəsarət alan yoxdur. Ancaq yeddi nəfərin evi tamamilə dağılmış və onlarla evə isə ziyan dəymişdi. Bir ibadət evi tamamilə dağılıb, ikisinə isə zərər dəyib.

Daşqın Dieqo de Almaqro şəhərinə ciddi ziyan vurub.

Daşqının böyük ziyan vurduğu Kopyapo şəhərində Yehovanın Şahidləri məlumat toplamaq və təmizlik işləri görmək üçün yardım komitəsi təşkil etdilər. İman qardaşlarına dəstək olmaq və ruhlandırmaq üçün filial nümayəndəsi zərər çəkmiş əraziyə gəlmişdi. Antofaqasta, Arika, Kalama, Kaldera, İkike və La-Serena şəhərlərindən olan Yehovanın Şahidləri həmimanlılarına kömək etmək üçün dərhal humanitar yardım göndərdilər.

Yehovanın Şahidləri ziyan dəymiş ərazilər üçün Alto-Ospisio şəhərindəki ibadət evində humanitar yardım yığırlar.

Yehovanın Şahidlərinin Çilidəki nümayəndəsi Ceyson Rid deyir: «Biz bu faciənin qurbanlarının dərdinə şərikik. Bizim yardım komitəsi uzunmüddətli təmizlik və bərpa işlərini görmək üçün hər tərəfli hazırdır. Çalışırıq ki, daşqından zərər çəkən hər kəsin rahatlığını təmin edək və onları ruhlandıraq».

Əlaqə üçün:

Beynəlxalq: məlumat xidməti, C. R. Braun, tel.: +17185605000

Çili: Ceyson Rid, tel.: +56224282600