Kontentə keç

14 OKTYABR 2013-CÜ İL
DOMİNİKAN RESPUBLİKASI

Yehovanın Şahidləri Dominikan Respublikasında ilk qeyri-katolik qanuni nikah mərasimi keçiriblər

Yehovanın Şahidləri Dominikan Respublikasında ilk qeyri-katolik qanuni nikah mərasimi keçiriblər

2013-cü il avqustun 28-də Dominikan Respublikasında iki Yehovanın Şahidinin tarixə düşmüş nikah mərasimi keçirilib. 1954-cü ildə ölkə ilə Vatikan arasında bağlanan sazişə əsasən, vətəndaşların nikahını kəsmək hüququ yalnız dövlət qeydiyyat orqanlarına və Katolik kilsəyə məxsus idi. Buna görə də Yehovanın Şahidləri, dinlərinə uyğun keçirdikləri nikah mərasimindən savayı, öz nikahlarını dövlət orqanlarında da qeydiyyatdan keçirməli idilər. Lakin yeni Konstitusiya, Yehovanın Şahidləri də daxil olmaqla, digər dini qruplara da nikahkəsmə hüququnu verir. Avqustun 28-də baş verən nikah mərasimi ölkənin tarixinə ilk qeyri-katolik nikah mərasimi kimi düşüb.

Əlaqə üçün:

Beynəlxalq: məlumat xidməti, C. R. Braun, tel.: 17185605000

Dominikan Respublikası: Xose Feliz, tel.: +1809595Ç4007