Kontentə keç

25 MAY 2022
DÜNYADAN XƏBƏRLƏR

«İsa Məsihin xidməti» adlı silsilə videoların çəkilişi başladı

«İsa Məsihin xidməti» adlı silsilə videoların çəkilişi başladı

Üç il çəkən hazırlıq işlərindən və hərarətli dualardan sonra cümə günü, 20 may 2022-ci il tarixində, Avstraliyada «İsa Məsihin xidməti» adlı silsilə videoların çəkilişi başladı. Layihənin üzərində işləyən beynəlxalq komanda üçün bu çox sevindirici və vacib bir gün idi. Həmin gün çəkiliş meydançasında olan Rəhbərlik Şurasının üzvü Cefri Cekson deyib: «İsa Məsihin həyatından bəhs edən və milyonlarla insanın ürəyinə və düşüncə tərzinə təsir edəcək bu 16 saatlıq silsilə videoların çəkilişində iştirak edən bacı-qardaşların bu işə necə can yandırdıqlarını görmək çox xoşdur».