Kontentə keç

Yuxarıda solda: Şerburkda (Kanada) ədəbiyyat arabası. Aşağıda solda: 8 aprel 2024-cü ildə Kvebekdə (Kanada) baş verən tam günəş tutulmasının şəkli. Sağda: Şimali Amerikada tam günəş tutulmasının bəzi ərazilərdən keçmə zolağı

16 MAY 2024
DÜNYADAN XƏBƏRLƏR

Şimali Amerikada günəş tutulması zamanı şahidlik

Şimali Amerikada günəş tutulması zamanı şahidlik

8 aprel 2024-cü ildə Şimalı Amerikanın bəzi guşələrindən tam günəş tutulması müşahidə olundu. Milyonlarla insan bu möhtəşəm hadisəni izləmək üçün uzun məsafə qət edib Amerikaya axışmışdı. Hadisənin baş verdiyi iki ərazidə xüsusi təbliğ kampaniyası keçirilmişdi. Bu kampaniyada Kanada, Meksika və Birləşmiş Ştatlardakı Yehovanın Şahidləri iştirak etmişdi. Onların təbliğ etdiyi ədəbiyyat arabalarında təxminən 15 dildə nəşrlər var idi.

Karbondaledə (ABŞ, İllinoys) kollecdə təhsil alan iki tələbə ədəbiyyat arabasının yanında duran Yehovanın Şahidləri ilə söhbət etdilər. Bacılarımızdan biri söhbətə başlamaq üçün arabanın üstündə yazılan «Həyat necə yaranıb?» sualından istifadə etdi. Söhbət zamanı tələbələrdən biri soruşdu: «Əgər Allah varsa və bizi sevirsə, nəyə görə əzablara yol verir?» Sualın cavabını tapması üçün bacı ona jw.org saytından istifadə etməyi izah etdi. Bu suala cavab verən videolarımızdan biri tələbələrə dərin təsir bağışladı. Oğlan dedi ki, onlar bu haqda daha ətraflı öyrənmək və dostları ilə də bölüşmək istəyirlər.

Kanadadakı və Birləşmiş Ştatlardakı bacı-qardaşlar günəş tutulması günü təbliğ kampaniyasında iştirak edirlər

Ədəbiyyat arabasının yanında duran bir bacımız Şerburk şəhərində (Kanada, Kvebek) yaşayan pəncabdilli bir kişini ana dilində salamladı. Bu, kişinin ürəyinə yatdı. Bu sadə jest sayəsində onlar söhbətə başladılar və bacı «Əbədi xoşbəxt həyat!» broşüründən Müqəddəs Kitab dərsinin necə keçirildiyini göstərdi. Kişi biləndə ki ona rahat olan vaxtda və yerdə, hətta videokonfrans vasitəsilə fərdi Müqəddəs Kitab dərsi keçə bilər, çox təəccübləndi. Bacı kişinin qardaşlardan biri ilə Müqəddəs Kitab dərsinə başlaması üçün tədbir gördü.

Evansvill şəhərində (ABŞ, İndiana) ədəbiyyat arabasının yanında duran bacımız xəstə anasının qayğısına qalmaq üçün həmin əraziyə köçən bir qadınla söhbətə başladı. Bacı da bir vaxtlar öz anasının qayğısına qaldığını və bunun nə qədər əziyyətli olduğunu dedi. Sonra o, Əşiya 33:24 və Vəhy 21:4 ayələrində yazılan təsəlliverici sözləri oxudu. Ayələr qadının ürəyinə toxundu və o, bacıdan xahiş etdi ki, ayələri bir də oxusun. Nəticədə, onların gözəl söhbəti alındı və onlar Müqəddəs Kitab müzakirəsini davam etməyi planlaşdırdılar.

Sevinirik ki, Şimali Amerikadakı bacı-qardaşlarımız bu əlamətdar hadisədən istifadə edib başqalarına «Ulu Yaradan»ları və Onun verdiyi möhtəşəm vədləri haqda öyrətdilər (Vaiz 12:1, 2).