Kontentə keç

1 MAY 2018
DÜNYADAN XƏBƏRLƏR

Yehovanın Şahidlərinin 2018-ci ildə keçiriləcək illik toplantıları may ayından başlayır

Yehovanın Şahidlərinin 2018-ci ildə keçiriləcək illik toplantıları may ayından başlayır

NYU-YORK. Yehovanın Şahidlərinin illik toplantıları cümə günü, 18 may 2018-ci il tarixində başlayır. Bu toplantının mövzusu «Cəsur ol!» adlanır. Toplantı ərəfəsində dünyanın hər yerində Yehovanın Şahidləri ümumdünya kampaniya vasitəsilə insanları bu tədbirə dəvət edəcək. Tədbirdə iştirak etmək pulsuzdur. Bu toplantılar 180 müxtəlif ərazidə keçiriləcək.

Üçgünlük proqram məruzələr, qiraət, müsahibələr və kiçik videolar da daxil olmaqla 54 təqdimatdan ibarətdir. Üstəlik, toplantının sonuncu günü «Yunus. Cəsarət və mərhəmət dərsi» adlı film nümayiş olunacaq. Hər gün səhər və günorta proqramında xüsusi olaraq toplantı üçün hazırlanmış musiqili videolar göstəriləcək.

Yehovanın Şahidlərinin nümayəndəsi Deyvid Semonian deyir: «Xəbərləri izləyərkən bu gün insanların həmişəkindən daha çox narahatçılıq, qorxu keçirdiyini açıq aydın görmək olur. Bütün bu şeylərlə başa çıxmaq üçün insana cəsarət lazımdır. Biz hamını bu il keçiriləcək toplantıda iştirak edib Müqəddəs Kitabdakı məsləhətlərdən faydalanmağa dəvət edirik».

Hər toplantının vaxtını və yerini Yehovanın Şahidlərinin rəsmi saytı olan jw.org saytından öyrənə bilərsiniz.

Əlaqə üçün:

Məlumat xidməti, Deyvid Semonian, tel.: +18455243000