8 DEKABR 2022
DÜNYADAN XƏBƏRLƏR
Aleksandr Dubovenko və Aleksandr Litvinyuk altı il müddətinə həbsə məhkum edildi
30 noyabr 2022-ci il tarixində Krım Respublikasının Armyansk Şəhər Məhkəməsi Aleksandr Dubovenkonu və Aleksandr Litvinyuku təqsirli bildi. Hər iki qardaş altı il müddətinə həbsə məhkum edildi. Onlar dərhal həbsxanaya aparıldılar.
Qardaşlar barədə məlumat
Sınaqlar zamanı Yehovanın yanımızda olduğunu bilmək bizə təsəlli verir (Zəbur 139:7—12).
Hadisələrin gedişatı
2 avqust 2021-ci il
Cinayət işi açıldı. Hər iki qardaş videokonfrans proqramı vasitəsilə ekstremist təşkilatın fəaliyyətini yaymaqda ittiham olundu.
5 avqust 2021-ci il
Aleksandr Dubovenko və Aleksandr Litvinyukun da evləri daxil olmaqla, Yehovanın Şahidi olan səkkiz ailənin evində axtarış aparıldı. Aleksandr Litvinyuk həbs olunaraq müvəqqəti saxlama təcridxanasına salındı.
6 avqust 2021-ci il
Aleksandr Litvinyuk ev dustaqlığına keçirildi.
9 avqust 2021-ci il
Aleksandr Dubovenkonun evində ikinci dəfə axtarış keçirildi. Qardaş sorğu-sual edildi və ev dustaqlığına salındı.
11 avqust 2021-ci il
Aleksandr Litvinyuk ekstremist təşkilatın fəaliyyətini təşkil etməkdə ittiham olundu.
8 fevral 2022-ci il
Aleksandr Dubovenko ekstremist təşkilatın fəaliyyətini təşkil etməkdə ittiham olundu.
29 aprel 2022-ci il
Məhkəmə icraatı başladı. Hakim ev dustaqlığında olan Aleksandr Litvinyukun həkimə getmək və müalicə almaq xahişini rədd etdi.
8 sentyabr 2022-ci il
Hər iki qardaşa səhər saat 7-dən axşam saat 7-dək evlərini tərk etməyə icazə verildi.
30 noyabr 2022-ci il
Hər iki qardaş altı il müddətinə həbsə məhkum edildi.