Kontentə keç

23 AVQUST 2023
DÜNYADAN XƏBƏRLƏR

Aukan dilində işıq üzü görən dörd müjdə

Aukan dilində işıq üzü görən dörd müjdə

13 avqust 2023-cü il tarixində Surinam filialının komitə üzvü Roy Zeman qardaş Müqəddəs Kitabın Mətta, Mark, Luka və Yəhya bölmələrinin aukan dilində işıq üzü gördüyünü elan etdi. Yehovanın Şahidlərinin Surinamın Paramaribo şəhərində yerləşən toplantı zalında keçirilən xüsusi görüşdə 2713 nəfər iştirak edirdi. Üstəlik, 691 nəfər Kayenna, Fransa Qvianası və başqa ərazilərdən canlı yayımla görüşə qoşulmuşdu. Müjdələrin dördünü də elektron formatda dərhal yükləmək mümkün oldu. Bundan əlavə, «Müqəddəs Kitab — Məttanın yazdığı müjdə» çap formatda təqdim olundu. «İncilin Yeni Dünya Tərcüməsi» aukan dilində bütöv şəkildə çıxanda qalan üç müjdə də əlçatan olacaq.

Aukan dili Surinam və qonşuluqdakı Fransa Qvianasında yaşayan insanların danışdığı kreol dillərindəndir. Bu dil daha çox yazılı yox, şifahi şəkildə istifadə olunur. Aukandilli yığıncaqlardakı təbliğçilər ibadət görüşləri və təbliğ zamanı sranan-tonqo dilindəki «Yeni Dünya Tərcüməsi»ndən istifadə edirlər. Sranan-tonqo Surinamda geniş yayılmış dil olsa da, aukandilli insanlar bu dili yaxşı bilmir. Buna görə də təbliğçilər xidmətdə olanda Müqəddəs Kitabdakı ayələri tərcümə etməli olurlar. Tərcüməçilərdən biri bölüşür: «Çox şadıq ki, hər yaşda və bilik səviyyəsində olan aukandilli insanlar artıq Allahın Kəlamından tam şəkildə faydalana biləcək».

Biz də, aukandilli bacı-qardaşlarımız da əminik ki, Müqəddəs Kitabın bu buraxılışı səmimi qəlbli insanlara Yehovaya şərəf gətirməyə kömək edəcək (Zəbur 34:1).