29 SENTYABR 2022
DÜNYADAN XƏBƏRLƏR
Avropa məhkəməsinin Rusiya və Litvada din azadlığı ilə bağlı yekun qərarları
7 sentyabr 2022-ci il tarixində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Yehovanın Şahidlərinin işi üzrə iki vacib yekun qərar qəbul etdi. 7 iyun 2022-ci il tarixində AİHM 2017-ci ildə Rusiyada Yehovanın Şahidlərinin qadağan olunmasının qeyri-qanuni olduğuna qərar verdi. Həmin gün AİHM Litvada əqidəsinə görə hərbi xidmətdən imtina edən Stanislav Teliatnikovun işi üzrə də qərar çıxardı. Məhkəmə qət etdi ki, Litva hökuməti qardaşın Avropa İnsan Hüquqları Konvensiyası ilə zəmanət verilən hüquqlarını pozub.
Nə Rusiya, nə də Litva 7 iyunda verilən qərarlarla bağlı AİHM-nın Böyük Palatasına şikayətlə müraciət etməyib. Bu səbəbdən hər iki ölkə AİHM-nın çıxardığı qərarlardakı şərtlərə əməl etməli, o cümlədən tərəflərə kompensasiya ödəməlidir.
11 iyun 2022-ci il tarixində Rusiya AİHM-dan çıxaraq öhdəliklərindən boyun qaçırmağa çalışdı. Amma AİHM hələ də Avropa İnsan Hüquqları Konvensiyasının pozulması ilə bağlı Rusiyaya qarşı 16 sentyabr 2022-ci il tarixinədək verilən ərizələrə baxa bilər.
Dua edirik ki, sülhsevər bacı-qardaşlarımızın bundan sonra da «mömin həyat sürüb... dinc, sakit» yaşamaları üçün AİHM-nın bu yekun qərarları icra olunsun və din azadlığı hüququ tapdalanmasın (1 Timutiyə 2:1, 2).