Kontentə keç

20 APREL 2020
DÜNYADAN XƏBƏRLƏR

Bacı-qardaşlar COVID-19 pandemiyasına görə ianələrini onlayn edirlər

Bacı-qardaşlar COVID-19 pandemiyasına görə ianələrini onlayn edirlər

COVID-19 pandemiyasının yaratdığı çətinlikləri nəzərə alaraq, bir çox ölkələrdə bacı-qardaşlar təbliğ və ibadət üsullarını dəyişib. Onlar görüşlərini ibadət evində deyil, müvəqqəti olaraq videokonfrans vasitəsilə keçirir. Bu səbəbdən çoxları ümumdünya təbliğ işini dəstəkləməyi davam etdirmək üçün ianələrini onlayn edir.

112 ölkə və ərazidə Yehovanın Şahidlərinin donate.pr418.com vasitəsilə elektron formada, məsələn, debit və ya kredit kartları ilə ianə etmək imkanı var.

Hal-hazırda əksər təbliğçilər ianələrini ibadət evlərindəki qutulara ata bilmədikləri üçün donate.pr418.com vasitəsilə hər ay avtomatik pul köçürmələri edirlər. ABŞ-da yaşayan və bu üsulla ianə edən 74 yaşlı bacımız Syuzan Kohen deyir: «Əslində burada çətin heç nə yoxdur. Əgər mən bacardımsa, başqaları da bacarar. Çox sevinirəm ki, ianə etməyi davam etdirmək imkanım var».

Braziliyada yaşayan qardaşımız Eduardo Payva fikirləşirdi ki, donate.pr418.com vasitəsilə ianə etmək imkanı başqa cür ianə edə bilməyənlər üçündür. O deyir: «Təzəlikcə başa düşdüm ki, bu, fövqəladə vəziyyətlərdə Padşahlıq işini dəstəkləməyin ən mükəmməl üsuludur. Axırzamanda minnətdarlığımızı və sevgimizi ifadə etməyi bu cür davam etdirə bilərik».

Baş idarədə (Nyu-York ştatı, Vorvik) fəaliyyət göstərən Xəzinədarlıq şöbəsinin nəzarətçisi Qayus Qlokkentin deyir: «Qardaşların Padşahlıq işini dəstəkləmək istəyini görmək çox ruhlandırıcıdır. Biz bunu qiymətləndiririk. Biz xərclərimizi azaltmaq və ianələrdən daha səmərəli istifadə etmək üçün təşkilatın fəaliyyətinə daima nəzər salırıq. Bəziləri ianələrini azaltmalı olub, bununla belə, onların Yehovanın təşkilatını dəstəkləmək istəkləri azalmayıb» (2 Korinflilərə 9:7).