10 MART 2023
DÜNYADAN XƏBƏRLƏR
Cənubi Afrikada Müqəddəs Kitab tərcümələri işıq üzü gördü
5 mart 2023-cü il tarixində Rəhbərlik Şurasının üzvü Deyvid Spleyn Cənubi Afrika jest dilində «İncilin Yeni Dünya Tərcüməsi»nin və ndonqa dilində Mətta kitabının işıq üzü gördüyünü elan etdi. Spleyn qardaş bu elanı Cənubi Afrika filialında keçirilən xüsusi tədbirdə səsləndirdi. Çoxlu yığıncaqlar tədbirə onlayn qoşulmuşdu. Görüşdə iştirak edənləri sayı ümumilikdə 130 000-dən çox idi. Elandan dərhal sonra bu kitabların elektron formatını yükləmək mümkün idi.
Nəşrlərimizin Cənubi Afrika jest dilinə tərcüməsi 2007-ci ildə Yohannesburq şəhəri yaxınlığındakı filialda başlanıb. 2022-ci ildə tərcümə qrupu Durbandakı tərcümə ofisinə köçürüldü. Eşitmə məhdudiyyətli bir ağsaqqal Müqəddəs Kitabın bu tərcüməsi ilə bağlı demişdi: “Bu tərcümə sayəsində bizlər Müqəddəs Kitab həqiqətlərini və onun gücünü indi daha yaxşı duyuruq. Müqəddəs Kitabın bu tərcüməsi mənə İsanın xüsusiyyətlərini və Kəlamdakı prinsipləri daha yaxşı başa düşməyə kömək edir. Beləcə, düşüncə tərzim yenilənir”.
Ndonqa dili Namibiyada ən çox danışılan dildir. Ndonqa tərcümə ofisi Ondanqva şəhərində yerləşir a. Tərcüməçilərdən biri demişdi: “Müqəddəs Kitabın bu tərcüməsinin işıq üzü görməsi məni bir daha əmin edir ki, Yehova insanları sevir və Onun haqqında dəqiq bilik almalarını istəyir”.
Bu tərcümələrdən bəhrələnəcək bacı-qardaşlarla birgə bizim də könlümüz açılır. Bu dəqiq tərcümələr onlara Yehovanın hökmlərini qiymətləndirməyə kömək edəcək (Məsəllər 2:1).
a Namibiyadakı işlərə Cənubi Afrika filialı nəzarət edir.