19 AVQUST 2024
DÜNYADAN XƏBƏRLƏR
«Debi» qasırğası Şimalı Amerikanın şərq sahillərində güclü daşqınlara səbəb olub
2024-ci il avqustun əvvəlində Atlantik okeanın sahillərində güclü fırtına başladı. Fırtına qısa müddətdə «Debi» qasırğasına çevrildi. 5 avqust 2024-cü ildə 1-ci kateqoriyaya çatan bu qasırğa Florida ştatının Steynhetçi (ABŞ) sahillərinə çatdı. Küləyin sürəti saatda 130 kilometr idi. Bundan əlavə, qasırğa nəticəsində 10-dan çox tornado yarandı. Güclü küləklər və şiddətli leysan yağışları yüz minlərlə evi işıqsız qoydu. ABŞ-da ən azı səkkiz nəfər həyatını itirdi.
Floridadan sonra güclü tropik qasırğaya çevrilən «Debi» qasırğası sürətini azaldaraq şimala, Kanada tərəfə üz tutdu. Cümə günü, 9 avqust 2024-cü il tarixində Kanadanın Kvebek əyalətində 24 saatdan az müddətdə yağan yağış 22 santimetrə çatdı. Sel yağışları evlərə dolub, əyalətin bəzi yerlərində infrastrukturu dağıtdı və yüzlərlə insan evlərini tərk edib təhlükəsiz ərazilərə köçməli oldu. Kanadada verilən məlumatlara görə bir nəfər həyatını itirdi.
Bacı-qardaşlara təsiri
Birləşmiş Ştatlar
Bacı-qardaşlar arasında ölən və yaralanan yoxdur
1 təbliğçi xəstəxanaya yerləşdirilib
23 təbliğçi evini tərk edib
7 evə ciddi ziyan dəyib
60 evə cüzi ziyan dəyib
1 ibadət evinə cüzi ziyan dəyib
Kanada
Bacı-qardaşlarımız arasında həyatını itirən yoxdur. Amma təəssüflə bildiririk ki, torpaq sürüşməsi nəticəsində Müqəddəs Kitabı öyrənən bir nəfər həyatını itirib
1 təbliğçi xəsarət alıb
23 təbliğçi evlərini tərk etməli olub, amma əksər dindaşımız artıq öz evinə qayıdıb
2 evə ciddi ziyan dəyib
165 evə cüzi ziyan dəyib
Heç bir ibadət evinə ziyan dəyməyib
Yardım işləri
Birləşmiş Ştatlardakı və Kanadadakı ağsaqqallar zərərçəkmiş ərazilərdəki bacı-qardaşlara əməli və ruhani yardım göstərirlər
Kanadada 1 Zərərçəkənlərə yardım komitəsi təyin olunub və ehtiyaca görə lazımi işlər görülür
Bu güclü qasırğadan zərər çəkən dindaşlarımız üçün daima dua edirik və əminik ki, Yehova həmişə «dar gündə nicatımız» olacaq (Əşiya 33:2).