3 may 2022
DÜNYADAN XƏBƏRLƏR
«Diqqətinizi Yehova ilə münasibətlərinizə cəmləyin»
Xüsusi proqram Ukrayna və Polşadakı bacı-qardaşları möhkəmləndirdi
2022-ci il aprelin 26-sı Yehovanın Şahidlərinin Rəhbərlik Şurasının üzvü Mark Sanderson Ukraynadakı müharibədən zərər çəkmiş bacı-qardaşları ruhlandırmaq üçün Polşaya gəldi.
Aprelin 30-u xüsusi görüş keçirildi. Görüşə Polşa və Ukraynadakı bütün yığıncaqlar dəvət olunmuşdu. Proqram Varşavadakı Toplantı zalından yayımlanmışdı və ora Ukraynadan qaçan dindaşlarımız və onlara yardım göstərən bacı-qardaşlar dəvət olunmuşdu. Ümumilikdə, bu xüsusi proqrama Polşa və Ukraynadan 250 000-dən çox insan (o cümlədən videobağlantı vasitəsilə) baxmışdı.
Mark Sanderson dedi: «Dünyadakı bacı-qardaşlar sizi düşünür və sizin üçün dua edirlər. Baş idarədə də, o cümlədən Rəhbərlik Şurasının iclaslarında biz Rusiya və Ukraynadakı bacı-qardaşlar üçün hər gün dua edirik». Mark qardaş görüşdə olanları əmin etdi: «Çətinliklər Yehovanın sizdən narazı olduğundan xəbər vermir. Allah nələr çəkdiyinizi görür, sizi sevir və dara düşənlərə xüsusilə yaxındır».
Mark qardaş sözünə davam edərək dedi: «Diqqətinizi Yehova ilə münasibətlərinizə cəmləyin. Məqsədimiz sadəcə çətinliklərdən sağ çıxmaq olmamalıdır. Sınaqlar imanımızı möhkəmləndirməli və bizi Yehovaya daha da yaxın etməlidir. Yehova məhz bunu bizə öyrədir».
Odessadan (Ukrayna) olan Sergey adlı ağsaqqal deyir: «Son bir neçə həftə narahatçılıqdan və bundan sonra nə edəcəyimi bilmədiyimdən, demək olar ki, gözümə yuxu getmirdi. Amma [bu xüsusi görüş sayəsində] mən bir daha əmin oldum ki, Yehova təkcə bütövlükdə xalqının deyil, hər bir xidmətçisinin də qayğısına qalır».
Kiyevdən qaçan Tatyana adlı bir bacı deyir: «Bu gün Yehovanın mənə nə qədər yaxın olduğunu hiss etdim. Elə bil O, qolları ilə məni qucaqladı və sevgisi ilə əhatə etdi. Harada olsaq da, Yehova həmişə bizimlədir».
Biz bacı-qardaşlarımızı çox sevirik və əminik ki, bu xüsusi görüş onları Yehovanın məhəbbətinə bir daha əmin etdi (Zəbur 136:1).