Kontentə keç

Güclü külək və yağıntılara səbəb olan «Fiona» qasırğası ətrafa ciddi ziyan vurub

26 SENTYABR 2022
DÜNYADAN XƏBƏRLƏR

«Fiona» qasırğası Karib adalarını cənginə alıb

«Fiona» qasırğası Karib adalarını cənginə alıb

18 sentyabr 2022-ci ildə «Fiona» qasırğası Puerto-Riko və yaxınlıqdakı adaları cənginə alıb. Küləyin sürəti saatda 160 kilometrə, yağıntının hündürlüyü isə 75 santimetrə çatıb. Qasırğa yolları, körpüləri dağıdıb və minlərlə insanı işıqsız qoyub. İnfrastruktura güclü ziyan dəydiyindən dövlət qasırğadan zərər çəkən əhalini ərzaq, su və tibbi ləvazimatlarla təmin etməkdə çətinlik çəkir.

Bacı-qardaşlara təsiri

Puerto-Riko, Sent-Kits və Nevis, Terks və Kaykos adaları

  • Bacı-qardaşlar arasında ölən yoxdur.

  • 4 təbliğçi cüzi xəsarət alıb.

  • 75 təbliğçi evlərini tərk edib.

  • 140 evə cüzi ziyan dəyib.

  • 18 evə ciddi ziyan dəyib.

  • 1 ev dağılıb.

Dominikan Respublikası

  • Bacı-qardaşlar arasında ölən yoxdur.

  • 58 təbliğçi evlərini tərk edib.

  • 57 evə cüzi ziyan dəyib.

  • 26 evə ciddi ziyan dəyib.

  • 2 ev dağılıb.

  • 2 ibadət evinə cüzi ziyan dəyib.

  • 2 ibadət evinə ciddi ziyan dəyib.

Qvadelupa və Martinika

  • Bacı-qardaşlar arasında ölən yoxdur.

  • 16 təbliğçi evlərini tərk edib.

  • 43 evə cüzi ziyan dəyib.

  • 2 evə ciddi ziyan dəyib.

  • 13 ibadət evinə cüzi ziyan dəyib.

Yardım işləri

  • Rayon nəzarətçiləri və yığıncaq ağsaqqalları zərərçəkənlərə həm mənəvi, həm də praktiki kömək göstərirlər.

  • Zərərçəkənlərə humanitar yardım göstərilməsi və evlərin təmir-bərpası üçün görülən işlər davam edir.

  • Bütün yardım işləri COVID-19 pandemiyası ilə bağlı təhlükəsizlik qaydalarına uyğun həyata keçirilir.

Əminik ki, fəlakətdən zərər çəkən dindaşlarımıza göstərilən məhəbbət onların yaralarına məlhəm olacaq (Həvarilərin işləri 11:29).