Kontentə keç

19 FEVRAL 2020
DÜNYADAN XƏBƏRLƏR

«JW Library Sign Language» tətbiqinə yeni funksiya əlavə olunub

«JW Library Sign Language» tətbiqinə yeni funksiya əlavə olunub

2020-ci il fevralın 15-i «JW Library Sign Language» tətbiqinin 4-cü versiyası buraxılıb. Bu versiyaya yeni, çox mühüm bir funksiya əlavə edilib. İndi istifadəçi bir toxunuşla istinadları açıb baxa biləcək. Bunun sayəsində yığıncaq görüşlərinə hazırlaşmaq və Müqəddəs Kitabı araşdırmaq xeyli asan olacaq.

Bu funksiya, yəni ayələrə və əlavə nəşrlərin istinadlarına bir toxunuşla və əsas nəşrdən çıxmadan keçid etmək funksiyası «JW Library» tətbiqində çoxdan var. Jestdilli istifadəçilər isə videodan istinadlara birbaşa keçid edə bilmirdilər.

«JW Library Sign Language» tətbiqinin 4-cü versiyasında istinadlar link şəklində göstərilib. Linkə basmaqla istifadəçi əlavə videonu aça, sonra da asanlıqla əsas videoya qayıda bilər.

Həftəarası görüşlər üçün materialın istinadlarına baxmaq indi asandır

Biz əminik ki, bu yeni əlavə funksiya jest dilində nəşrlərdən istifadə edən bacı-qardaşlarımızın işinə yarayacaq. Yehova ilə münasibətlərimizi möhkəmləndirməyə kömək edən hər şeyə görə Ona ürəkdən minnətdarıq (Zəbur 119:97).

İndi paralel ayələrə baxmaq çox rahatdır. Nümunə üçün Yaradılış 3:1 ayəsi və ilanın kimliyini başa düşməyə kömək edən paralel ayə olan Vəhy 20:2 ayəsi göstərilib