20 YANVAR 2022
DÜNYADAN XƏBƏRLƏR
«JW Library» tətbiqinin köməyilə «Əbədi xoşbəxt həyat!» vəsaitinin imkanlarından tam yararlanın
2021-ci ilin yanvar ayında Rəhbərlik Şurası «Əbədi xoşbəxt həyat!» kitabının və broşürünün buraxılışını elan etdi. Bu vəsaitlərdə interaktiv təlim üsullarından istifadə olunur. Onların köməyilə Müqəddəs Kitab dərsi keçdiyimiz insanlara ruhən daha yaxşı inkişaf etməyə kömək edə bilirik.
Bu vəsaitlərin elektron versiyalarının imkanlarından tam istifadə etmək mümkün olsun deyə «JW Library» tətbiqinə yeni funksiyalar əlavə edilib. Şübhəsiz ki, həmin funksiyalar həm təlimatçı, həm də təlim alan üçün yararlı olacaq. Zəhmət olmasa, vaxt ayırıb onlarla tanış olun.
Tutalım, şagirdin diqqətini dərsdəki müəyyən fikrə yönəltmək istəyirsiniz. Sizə lazım olan abzasın üstünə basın. Bu zaman ekranda menyu çıxacaq. Seçdiyiniz abzasın linkini göndərmək üçün Paylaş düyməsinə basın.
Ya da tutalım, şagirdlə birgə hansısa abzasın audioyazısına qulaq asmaq istəyirsiniz. Yenə də sizə lazım olan abzasın üstünə basın və ekranda çıxacaq menyudan Bax/qulaq as düyməsinə basın.
Ola bilsin, dərs keçdiyiniz adam bu nəşrin çap, siz isə elektron versiyasından istifadə edirsiniz. Bilmək istəyirsiniz çap versiyada səhifənin görünüşü necədir? Ekranın yuxarı sağ küncündəki üç nöqtəyə basın. Ekranda Əlavə menyu çıxacaq. Orada Çap formatında düyməsinə basın. Nəşrin elektron versiyasına qayıtmaq üçün elə həmin yerdə Elektron formatda düyməsinə basın.
Müqəddəs Kitab dərsi keçdiyiniz adamın nailiyyətlərini vəsaitin elektron versiyasında qeyd etməsini istəyirsiniz? Bunun üçün hər dərsdə «Dərsin bitdiyi tarix» xanası və «Məqsəd» çərçivəsi var. Şagirdi onları doldurmağa təşviq edin. Bundan əlavə, «Müqəddəs Kitabın mütaliəsi» cədvəlində o oxuduğu Müqəddəs Kitab fəsillərini qeyd edə bilər.