30 DEKABR 2021
DÜNYADAN XƏBƏRLƏR
JW.ORG saytının yeni görünüş parametrləri funksiyası
Sonuncu yenilənmədən sonra jw.org saytına çoxlarının gözlədiyi bir funksiya əlavə edilib. İndi siz saytın görünüşünü, yəni işıqlı və ya qaranlıq rejimi seçə bilərsiniz.
Qaranlıq rejimdə (ona həmçinin gecə rejimi də deyilir) yazılar və digər elementlər ağ, arxa fon isə qara rəngdə olur. Bəzi istifadəçilər qaranlıq rejimə üstünlük verir, çünki onda ekranın işığı elə də gur olmur. Bu rejimdə gözlər daha az yorulur, xüsusilə də axşamlar və ya işıqlandırma zəif olanda. Qaranlıq rejim gözü zəif və ya işığa həssas adamlar üçün də münasibdir.
Görünüş parametrlərini dəyişmək üçün saytda səhifənin axırına düşün və orada «Görünüş parametrlərini dəyiş» düyməsini basın. Saytın görünüş parametrlərinin elektron cihazınızın görünüş parametrləri ilə eyni olmasını istəyirsinizsə, «sistemdəki kimi» rejimini seçin. Amma əgər saytın görünüş parametrlərinin qaranlıq və ya işıqlı rejimdə olmasını istəyirsinizsə, o zaman müvafiq rejimi seçin.
Bu yeni funksiya hələ ki «JW Library» tətbiqində yoxdur, amma gələcəkdə əlavə olunacaq. Biz ruhani qidanı asanlıqla əldə etməyə kömək edən daima yenilənən rəqəmsal alətlərə görə Yehovaya ürəkdən minnətdarıq.